Icma.az
close
up
RU
Bu yazıları oxuya bilən şəxsə mükafat veriləcək

Bu yazıları oxuya bilən şəxsə mükafat veriləcək

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Eramızın 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kömürləşən Herkulanumdakı papiruslar (qədim dövrlərdə yazı səthi kimi istifadə edilən qalın kağıza bənzər material) əsrlərdir elm adamlarının marağına səbəb olub. Ehtimal olunur ki, bu qədim mənbələrdə qədim yunan və Roma alimlərinə aid dərin fəlsəfi və bədii mətnlər var. Lakin bu zərif yazıları açmaq üçün hər cəhd onları məhv etmək riski daşıyır.

Milli.Az xəbər verir ki, bu səbəbdən elm adamları bu qiymətli mətnlərin məzmununa zərər vermədən daxil olmaq üçün yeni üsullar inkişaf etdirirlər. Məqsəd rentgen skanı, mürəkkəb aşkarlama proqramı və süni intellekt kimi texnologiyalarla yazıları virtual olaraq açmaqdır.

Oksford Universitetinin alimləri "PHerc.172" adlı papirusa mətnin bir hissəsini açmağa nail olublar. X-ray skanı sayəsində bəzi yunan sözləri aşkar edilib. Oxunan mətnin yunan dilində olduğunu deyən tədqiqatçılar mətnin yalnız bir neçə sözünü şərh edə bildiklərini, lakin bütün cümlələri hələ də deşifrə edə bilmədiklərini deyirlər.

Bu səbəbdən böyük mükafat müsabiqəsi keçirilir və bu yazıları deşifrə edəcək şəxsə 400 min funt-sterlinq (təxminən 870 min AZN) kimi böyük mükafat təklif edilir. Baş mükafat üçün son tarix 31 dekabr 2024-cü ildir. Əvvəlki oxşar müsabiqədə tələbələr Parisdəki "Institut de France"da tapılan papirusun şifrəsini açaraq böyük mükafat (700 min dollar) qazanmışdılar.

Araşdırmalar nəticəsində elm adamları Herkulanum yazılarından birində tapılan sözü (διατροπή) açmış ola bilər ki, bu da "çaşqınlıq, narahatlıq və ya ikrah" mənasını verə bilər. Həmçinin ənbənin başqa bir hissəsində yunan hərflərinin düzülüşü "τυγχαν" "gerçək olmaq" mənasını verən "τυγχάνω" felinin başlanğıcı ola bilər.

Qəribədir ki, alimlər mürəkkəbin perqamentin xarici sarğılarında daha aydın göründüyünü müşahidə ediblər. Yazı ümumiyyətlə hər ikinci sətirdə aydın görünür və bu, katibin qələmini hər ikinci sətirdən bir mürəkkəbə batırdığını göstərir.

Herckulanum vulkanik çöküntülər altında qalan İtaliya şəhərlərindən biridir. Bu şəhərcikdəki böyük bir villada olan yazılar 1750-ci illərdə başlayan qazıntılar zamanı aşkar edilib. Təəssüf ki, onların bəziləri ya məhv edilib, ya da kömür qalaqları ilə səhv salaraq atılıb. Daha sonra Neapol Milli Kitabxanasında saxlanılan yüzlərlə başqa papirus onları açmaq istəyərkən zədələnib. Qazıntılar zamanı tapılan bir neçə yüz fak rulonlarda qalır, heç açılmır, möhürlənib.

1800-cü illərin əvvəllərində Bodley tumarını və digər beşini Neapol və Siciliya kralı IV Ferdinand İngiltərənin gələcək kralı IV Corca bəzi kenquruların müqabilində verib.

Hazırda onıarın məzmununu zədələmədən oxumaq üçün rəqəmsal üsullardan istifadə olunur. "Virtual açılış" olaraq bilinən bu üsullarda X-şüaları və digər işıq mənbələri ilə tumarlar skan edilərək gizli mətnlər üzə çıxarılmağa çalışılır.

İtaliyada bir qrup yazıları deşifrə etmək üçün qısa dalğalı infraqırmızı hiperspektral görüntüləmə adlı texnikadan istifadə edib. Bu texnika işığın papirusdakı qara mürəkkəbdən əks olunmasında fərqləri aşkar edir. Bu texnikanın istifadə olunduğu tumarlardan birində yeni keçid aşkar edilib. Keçiddə Platonun son gecəsində fleyta çalan kölə qızın "ritm çatışmazlığı"nı tənqid etməsi göstərilir.

Eramızdan əvvəl 348-ci ildə 80 və ya 81 yaşında qızdırma xəstəliyindən dünyasını dəyişən Platon həyatının son günlərində ancaq musiqi dinləyir və qonaqlarını əyləndirirmiş. /qaynarinfo
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Dekabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri