Icma.az
close
up
RU
Kartınızdan pul silinibsə bu üsulla geri qaytara bilərsiniz

Kartınızdan pul silinibsə bu üsulla geri qaytara bilərsiniz

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Son illər onlayn alış-veriş və ödəniş əməliyyatları zamanı vətəndaşlar kartlarından xəbərsiz vəsait silinməsi halları ilə tez-tez üzləşir. Bəziləri isə belə vəziyyətlə qarşılaşanda çarəni hüquq-mühafizə orqanlarına müraciət etməkdə görür. Halbuki, bu tip fırıldaqlara qarşı bank sistemində Chargeback adlı rəsmi mexanizm mövcuddur.

AzPost xəbər verir ki, Chargeback — kart vasitəsilə edilən əməliyyata etiraz və vəsaitin geri qaytarılması üçün tətbiq olunan rəsmi prosedurdur. Banklar bəzən bu xidməti təqdim etmədiklərini bildirsələr də, əslində bu, kartın verildiyi Visa və Mastercard sistemlərinin təqdim etdiyi hüquqi imkandır.

Visa istifadəçiləri üçün: Visa Chargeback Qaydaları
Mastercard istifadəçiləri üçün: Mastercard Chargeback Guide

Chargeback hansı hallarda və necə tətbiq olunur?

Əgər kartınızdan 3D Secure (3Ds) təsdiqi olmadan icazəsiz vəsait çıxılıbsa və əməliyyatdan 120 gün keçməyibsə, siz heç bir səbəb göstərmədən bankınıza müraciət edib chargeback aça bilərsiniz. Bank imtina etdiyi halda, ona bu xidmətin məhz Visa və Mastercard tərəfindən təqdim olunduğunu bildirmək kifayətdir. Yenə də rədd cavabı verilərsə, Mərkəzi Banka rəsmi şikayət edib bankın məsul əməkdaşı və həmin qurumun cərimələnməsinə nail olmaq olar.

Əməliyyat 3Ds ilə təsdiqlənsə belə, əgər məhsul və ya xidmət sizə təqdim olunmayıbsa, yenə də chargeback hüququnuz qalır. Bu zaman bank müraciətinizi “Product not received” (məhsul çatmayıb) kateqoriyası ilə merchant-a göndərir.

Vacib qeyd: Card-to-card (kartdan karta) köçürmələrdə chargeback prosesi mümkün deyil. Lakin M10 fırıldaqları, Azərpoçt və kargo şirkətləri ilə bağlı əməliyyatlar üçün bu hüququnuz var.

Diqqət yetirin:

Chargeback üçün bankların əksəriyyəti əməliyyatdan minimum 7 iş günü keçməsini tələb edir. Yəni bu gün kartınızdan pul çıxılıbsa, sabah gedib müraciət etmək mümkün olmaya bilər.

Müraciət etdiyiniz andan kart və ona bağlı hesab bank tərəfindən müvəqqəti bloklanır və sizə yeni kart və hesab açılır.

Haqlı olduqda və merchant aktivdirsə, vəsait 21 gün içində merchant cavab verəcək, Visa və ya Mastercard isə 60 günə qərar verəcək. Yəni ümumilikdə maksimum 71 günə pul kartınıza qayıda bilər.

Haqsız yerə chargeback açsanız, geri qaytarılacaq vəsait olmayacaq və hər əməliyyat üçün 15-20 dollar xidmət haqqı tutulacaq.

Əgər bu cür ödəmə ilə üzləşmisinizsə və 120 günlük müddəti ötməmisinizsə, mütləq bankınıza yaxınlaşıb chargeback açın. Əksər hallarda bu üsul vasitəsilə vəsait problemsiz geri qaytarılır.

Mütəxəssislər və hüquqşünaslar da tövsiyə edir ki, belə hallarda ilk növbədə chargeback prosedurundan istifadə edilsin, hüquqi və inzibati instansiyalara yalnız son mərhələdə müraciət edilsin.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:339
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri