Icma.az
close
up
RU
Kartla pul köçürənlərin nəzərinə

Kartla pul köçürənlərin nəzərinə

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında “Card to Card” əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.

Lakin bu əməliyyatlardan sui-istifadə edən şəxslər də az deyil. Belə ki, bəzi sahibkarlar vergilərdən yayınmaq məqsədilə əldə etdikləri gəlirləri gizlətmək üçün təqdim etdikləri malların, xidmət və ya işlərin dəyərini kassa aparatı, POS-terminal və ya bank hesabı vasitəsilə yox, sadəcə adi vətəndaş qismində öz adlarına açdırdıqları bank kartları ilə “Card to Card” köçürmələri həyata keçirərək qəbul etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə banklar tərəfindən şübhəli hesab edilən kart əməliyyatlarına dair məlumatlar vergi orqanlarına təqdim olunur və vergi orqanları həmin vətəndaşlara bu əməliyyatlara görə vergilər hesablayır.

Bəs görəsən bu məsələ ilə əlaqədar qanunvericilik nə nəzərdə tutur?

Bununla bağlı Vəkillər Kollegiyasının üzvü, vergi sahəsi üzrə ekspert Elvin Şərifov “Report”a açıqlamasında bildrib ki, “Banklar haqqında” qanunun 41-ci maddəsinə əsasən şəxsin kart məlumatları bank sirri kateqoriyasına daxildir və banklar bu məlumatları yalnız şəxsin özünə, onun səlahiyyətli nümayəndəsinə və ya yazılı razılığı əsasında digər üçüncü tərəflərə təqdim edə bilərlər.

“Yəni şəxs özü yazılı qaydada razılıq vermədiyi halda, bank onun kart məlumatlarını heç bir şəraitdə vergi orqanına ötürə bilməz. Bu qanunu pozan banklar isə qanunvericiliklə müəyyən edilmiş maddi məsuliyyət daşıyırlar. Başqa sözlə, belə vəziyyətlərlə üzləşən şəxslər banklara qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etmək hüququna malikdirlər. “Banklar haqqında” qanuna əsasən bank yalnız Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedura uyğun olaraq məlumatları vergi orqanına təqdim edə bilər ki, həmin məlumatlar da məhz adi vətəndaşa deyil, vergi ödəyicisinə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aid olmalıdır. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi orqanları adi vətəndaşlara deyil, yalnız vergi ödəyicisinə aid olan bank məlumatlarını kredit təşkilatlarından tələb edə bilər”, – E. Şərifov qeyd edib.

Eyni zamanda ekspert vurğulayır ki, Vergi Məcəlləsinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də vergi orqanında vergi ödəyicisi qismində qeydiyyata alınmalıdır. Əgər belə şəxslər qəsdən vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etmirlərsə, vergi qurumları onları öz təşəbbüsü ilə vergi uçotuna alır və bu barədə onlara rəsmi bildiriş göndərirlər. Bundan əlavə, Vergi Məcəlləsinə görə gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi vergitutma obyektləri sırasına daxildir. Vergi yoxlamaları aparıldıqda, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisinin xeyrinə olan şərtləri aydınlaşdırmalıdırlar.

“Beləliklə, vergi qanunvericiliyinə əsasən hətta bank məlumatlarını hər hansı formada əldə etmiş vergi orqanları həmin şəxslərin doğrudan da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsbit etməli (həmin şəxsin VÖEN-nin mövcudluğu, hansı növ mal, iş və ya xidmət təqdim edib-etməməsi, kart hesabına daxil olan ödənişlərin mənbəyinin araşdırılması və sair) və buna tam əmin olduqdan sonra həmin şəxsi vergi uçotunda olmadığı təqdirdə onu qeydiyyata almalı və vergilərin hesablanması məsələsinə baxmalı, vergi uçotunda olduğu halda isə birbaşa vergilərin hesablanması prosesinə keçə bilər”, – Vəkillər Kollegiyasının üzvü vurğulayır.

Başqa sözlə, vergi qanunvericiliyindən aydın görünür ki, vergi orqanları yalnız vətəndaşın banklardan əldə olunmuş bank məlumatlarını təhlil edərkən həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirdikdə ona əlavə vergilərin hesablanmasını həyata keçirmək səlahiyyətinə malikdirlər.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri