Icma.az
close
up
RU
Kartla ödəniş edənlərin nəzərinə: bu halda daha çox pul çıxır Xəbərdarlıq

Kartla ödəniş edənlərin nəzərinə: bu halda daha çox pul çıxır Xəbərdarlıq

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunda Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 38,3 faiz artaraq 8.4 milyard manat təşkil edib. Məbləğin 7.4 milyardı elektron ticarətin payına düşür.

Ekspertlər hesab edir ki, elektron ticarətin nağdsız ödənişlərdəki 87,4 faizlik payı sektorun sürətlə inkişaf etdiyini və iqtisadiyyatın rəqəmsallaşmasının müsbət təsirlərini göstərir.

Bu artımın əsas səbəbləri nələrdir və uzunmüddətli iqtisadiyyat üçün potensial təsirləri varmı?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, nağdsız ödənişlərin artmasının əsas səbəbi dövlətin rəqəmsallaşma sahəsinə verdiyi dəstək və bu istiqamətdə təqdim etdiyi xidmətlərdir:

“İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Dövlət Vergi Xidməti isə POS terminal cihazlarının quraşdırılması ilə bağlı mütəmmadi monitorinqlər aparır, sahibkarlar bu sahədə maarifləndirilir.

Elektron ticarətdə nağdsız ödənişlərin payının artması isə maliyyə inklüzivliyi və alıcı davranışları ilə əlaqələndirilir. Alıcılar oğurluq riski və ya nağd pul daşımaq istəmədiklərinə görə daha çox kartla ödənişə üstünlük verirlər”.

Ekspertin sözlərinə görə, dövlətin nağdsız ödənişləri təşviq edən kampaniyaları çərçivəsində bir çox özəl müəssisə və mağazalar da bu sistemə keçid edib:

“Xüsusilə elektronika və mebel mağazalarında alıcı məhsulu onlayn səbətə əlavə edib, müvafiq məbləği ödəyərək çatdırılma vaxtını və ünvanını seçə bilir. Məhsul ödənişsiz və ya ödənişli şəkildə alıcıya təhvil verilir. Bu, həm hava şəraiti, həm də iş qrafikinə görə alış-verişdə çətinlik yaşayan vətəndaşlar üçün əlverişlidir. Yeni sistem həm vergi nəzarətinin gücləndirilməsi, həm də istehlakçı məmnuniyyəti baxımından səmərəli hesab olunur. Eyni zamanda, kölgə iqtisadiyyatının və vergidən yayınma hallarının qarşısının alınmasında mühüm rol oynayır.

Nəticə etibarilə, kartla ödənişlər bəzən vətəndaşları planlaşdırılmamış xərclərə sövq edə bilər. Xüsusilə də taksit kartları ilə edilən alış-verişlər bu riski artırır. Ona görə də vətəndaşlara yalnız ehtiyac olduğu halda bu cür ödənişlərdən istifadə etmələri tövsiyə olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Avqust 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri