Kartlardan pul niyə silinib? ABB məsələyə aydınlıq gətirdi KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərikard Prosessinq Mərkəzi 24 iyun 2026-cı il tarixində Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş problemlə bağlı açıqlama yayıb.
ABB-dən KONKRET.az-a verilən məlumata görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı Azərikard-dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.
Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq.
Xatırladaq ki, bu gün Azərbaycan Beynəlxalq Bankının kartlarından pul silinməsi halları müşahidə olunub.
Bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər.
Müşfiq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:215
Bu xəbər 24 İyun 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















