Icma.az
close
up
RU
Kartlardan pul silinib, yoxsa oğurlanıb? KONKRET

Kartlardan pul silinib, yoxsa oğurlanıb? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ötən gün ABB, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlər yoxa çıxıb. Bu bankların ortaq cəhəti odur ki, hamısı Azericard prosessinq mərkəzinə bağlıdır.

KONKRET.az xəbər verir ki, ABB problemi “3-cü tərəf provayderi” ilə bağlı texniki nasazlıqla izah edib. Azericard baş verənlərin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin “Azericard-dan asılı olmadığını” bildirib. Mərkəzi Bank isə hadisənin kibermüdaxilə deyil, texniki səbəbdən baş verdiyini, ödəniş infrastrukturunda problem olmadığını açıqlayıb.

Amma problemin kökü və məsuliyyət indiyədək açıqlanmayıb. Hansı ki, ictimai etimad baxımından ən vacib məqam da elə budur.

Bəs oğurluqdur, yoxsa sistem xətası?

Banklardan əldə etdiyim məlumatlar, müşahidələrim və MB-nin açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiber hücum deyil.

Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır.Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu, oğurluğun yox, dublikasiyanın olduğunu göstərir. Yəni “pulu aparan” kənar, yaxud kiber müdaxilə deyil, bankların öz informasiya sistemidir.

Kimdir günahkar?

Bir neçə müstəqil bankın eyni anda eyni problemlə üzləşməsi yalnız ortaq bir halqa ilə izah oluna bilər. Bu zəncirdə ortaq element ikidir: MB-nin hesablaşma infrastrukturu və Azericard prosessinqi.

MB öz infrastrukturunda problem olmadığını birmənalı açıqladığına görə, məntiqlə ortaq element kimi Azericard qalır.

Onun “hadisə mənim ərazimdə olub, amma günah məndə deyil” tipli dumanlı açıqlaması da problemin böyük ehtimalla məhz prosessinq mərkəzindəki emalda olduğuna işarə edir.

Üstəlik də, hesablaşma zəncirində bir anomaliya baş verirsə, sistem onu dərhal aşkarlayıb bloklamalı idi.

Anomaliyanın tutulmaması və təkrar əməliyyatların eyni anda bir neçə bankı vurması göstərir ki, belə kritik qurumda bu mexanizmlər ya yoxdur, ya da təkmil deyil.

Düşünürəm ki, belə bir xətadan sonra MB daha sərt addımlar atmalı idi.

Problem ABB-də, yaxud digər banklarda deyil, məhz MB-nin nəzarəti və lisenziyası altında işləyən qurumda – Azericard-da yaranıb. Xatırladaq ki, əvvəllər də burada problemli situasiyalar olub.

Ümid edirəm, MB hadisəni araşdırıb ciddi audit təşkil edəcək.

Banklardan isə zərər çəkənlərə qarşı həssaslıq gözlənilir.

Osman Gündüz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 İyun 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri