Kartof ixracına məhdudiyyət tətbiq edildi
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Qazaxıstan kartof ixracatına məhdudiyyətlər tətbiq edir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb ölkədə kartofa tələbatın artmasıdır.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yanvarın 28-dən etibarən Qazaxıstan ərazisindən üçüncü ölkələrə kartofun ixracı qadağan edilib. Hazırda qonşu ölkələrdən də Qazaxıstan kartofuna tələbat yüksəkdir.
Ötən il təxminən 605 min tona yaxın kartof ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən (411 min ton) 1,5 dəfə çoxdur. Bu rəqəm son 10 ildə rekord həddə çatıb və ölkədaxili qiymətlərə ciddi təsir göstərib.
Bununla əlaqədar, bazarda vəziyyətin sabitləşdirilməsi və qiymət artımının qarşısının alınması məqsədilə kartofun respublika ərazisindən üçüncü ölkələrə bütün nəqliyyat növləri ilə ixracına 6 aylıq məhdudiyyət tətbiq edilib.
Bu qərar Avrasiya İqtisadi İttifaqından başqa dövlətlərə aiddir.
Mehman Mehdiyev

Çin nadir metalların ixracına məhdudiyyət tətbiq etməyə başlayıb
04 Fevral 2025 16:23
Moskva aeroportlarında məhdudiyyət tətbiq edildi
10 İyul 2025 20:51
Çinin ən mühüm mineralların ixracına məhdudiyyət tətbiq etməsi qlobal miqyasda narahatlıq yaradıb
04 İyun 2025 11:36
Bakıda bu yolda məhdudiyyət tətbiq edildi
03 Aprel 2025 18:05
Rusiya zənginləşdirilmiş uranın ABŞyə ixracına məhdudiyyət qoyub
15 Noyabr 2024 19:10

