Tramp: ABŞ Çinə təyyarə hissələrinin ixracına məhdudiyyət tətbiq edə bilər
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Çinin nadir torpaq elementlərinin ixracına qoyduğu məhdudiyyətlərə cavab olaraq “Boeing” təyyarə hissələrinin ixracına nəzarət tədbirlərinin tətbiq oluna biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Çinin çoxlu sayda Boeing təyyarəsi var və onlara ehtiyat hissələri lazımdır”, - o qeyd edib.
“Bloomberg”in məlumatına görə, “Boeing” hazırda Çinə 500-ə qədər təyyarə satışı ilə bağlı danışıqlar aparır. Bu, Trampın ilk prezidentlik dövründən bəri şirkətin Çindən ala biləcəyi ilk iri sifariş ola bilər.
Lakin analitiklərin fikrincə, sifarişin baş tutmaması Boeing üçün ciddi maliyyə itkisilə nəticələnməyəcək. Hazırda Çin “Boeing”in sifariş portfelinin 5%-dən azını təşkil edir. Daha əvvəl bu göstərici 25% idi.
Aviasiya analitika şirkəti “Cirium”un məlumatına əsasən, Çin aviadaşıyıcıları 222 “Boeing” təyyarəsi sifarişi var, ölkədə isə ümumilikdə 1855 təyyarə istismardadır. Onların böyük hissəsini “737” tipli təyyarələr təşkil edir.

