Karton stəkanda çay qəhvə içənlərə pis xəbər
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"ACS Food Science & Technology" jurnalında dərc edilən araşdırmada iki fərqli karton stəkan növü araşdırılıb. Bunlardan biri neft əsaslı polietilen (PE), digəri isə biomənşəli parçalana bilən polilaktik turşu (PLA) örtüyə sahib idi.
Milli.Az xəbər verir ki, karton stəkanlar kənardan tamamilə kağızdan düzəldilmiş kimi görünsə də, mayeni buraxmaması və quruluşunu korlamaması üçün daxili səthində adətən incə bir plastik təbəqə olur. Tədqiqatçılar bu örtüklərin isti su ilə təmasda olarkən nə qədər plastik hissəcik buraxdığını incəyiblər. Nəticədə hər iki stəkan növündən mikro və nano ölçüdə plastik hissəciklərin suya keçdiyi sübut edilib. Ölçülərdə bioloji olaraq parçalana bilən PLA örtüklü stəkanlardan millilitr başına təxminən 4,3 milyon nanohissə, ənənəvi PE örtüklü stəkanlardan isə təxminən 2,7 milyon nanohissənin ayrıldığı müəyyən olunub. Tədqiqatçılar bu hissəciklərin insan saçından təxminən min dəfə incə olduğunu qeyd ediblər.
Araşdırmanın ən təəccüblü nəticəsi isə ətraf mühit üçün dost alternativ kimi istifadə edilən PLA örtüklü stəkanlarda müşahidə olunub. Bu stəkanlardan yaranan plastik hissəciklərin ümumi kütləsi PE örtüklü stəkanlarla müqayisədə təxminən 12 dəfə daha çox ölçülüb.
Tədqiqatçılar bunun PLA-nın birbaşa olaraq zərərli demək olmadığını xüsusilə vurğulayırlar. Araşdırmanın məqsədi fərqli stəkan örtüklərinin isti içkilərlə təmasda olarkən nə qədər hissəcik buraxdığını üzə çıxarmaqdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:52
Bu xəbər 01 Sentyabr 2026 08:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















