Icma.az
close
up
RU
Karvan Yevlax ın baş məşqçisi qovulub?! Samir Abasovla sponsorların danışıq apardığı deyilir (VİDEO)

Karvan Yevlax ın baş məşqçisi qovulub?! Samir Abasovla sponsorların danışıq apardığı deyilir (VİDEO)

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer liqasının 12-ci turunun ilk oyunu olan "Karvan-Yevlax" Futbol Klubu (FK)- "Kəpəz" FK qarşılaşmasından sonra ev sahibi olan klubun baş məşqçisi Azər Həşimovun istefaya göndərildiyi bildirilir.

Mia.az xəbər verir ki, bu barədə qərar sponsorlar tərəfindən qəbul edilib.

Qeyd edək ki, bu qarşılaşma bəzi ilklərlə yaddaqalan idi: klub builki mövsümdə ilk dəfə idi ki, öz stadionunda oyuna çıxırdı, stadionun ot örtüyü yenilənmişdi və 16 ildən sonra ilk dəfə Premyer liqa oyunu keçirilirdi.

Azarkeşlərin sevincini nəzərə alaraq oyundan əvvəl klub rəhbərliyi onlar üçün əyləncəli vaxt təşkil etmişdi.
Lakin komanda stadiona toplaşan insanları məyus edərək öz meydanında uduzdu və elə oyun bitən kimi azarkeşlər baş məşqçini və hətta klub rəhbərliyini istefaya səslədi.

Oyundan sonra mətbuat konfransında "Karvan"-ın baş məşqçisi Azər Həşimov mia.az-ın sualına cavabında "istefa" şüarı ilə bağlı bildirmişdi ki, bu məsələ sponsorlar tərəfindən həll edilir və hazırda belə qərar yoxdu.

Noyabrın 24-də A.Həşimovun artıq istefaya göndərildiyi xəbəri çıxsa da, rəsmi təsdiqini tapmadı. Klubun mətbuat xidmətinin rəhbərinin də işdən çıxarıldığı bildirildiyi üçün məlumatı dəqiqləşdirmək mümkün deyil. Mətbuat xidmətinin rəhbəri hələ ki, susmağı üstün tutub. Lakin mənbə bildirir ki, "Karvan"da bəzi dəyişikliklər baş verib. 

Əslində builki mövsümdə "Karvan" "Kəpəz"lə bundan əvvəl görüşmüş və ikincini öz meydanında məğlub etmişdi. Amma bütün hallarda Premyer liqaya təzə gələn yevlaxlılar ümudverici görünmürlər və ola bilsin, bu vəziyyət sponsorları narahat edir.

Adətən, Premyer liqanın yeni komandaları mövsümə böyük iddialarla başlamadıqlarını etiraf edib: məsələn, "İmişli"nin baş məşqçisi demişdi ki, onların hədəfində hələ ki, yüksək liqada qalmaq niyyəti dayanır. Amma Yevlax klubunu maliyyələşdirənlərin hesabı yüksək tutduğunu ehtimal etmək olar. Yoxsa baş məşqçi niyə qovulsun ki? Üstəlik, onun ardıyca mətbuat xidmətinə nə olub belə? 

Məsələnin müəmmalı olduğunu düşünürəm mən. Bir tərəfdən də ağlıma gəlir ki, "Kəpəz"ə uduzmaq görünür, klub sahibləri üçün qırılma nöqtəsi olub. Turnirin ən zəif komandasına öz meydanında məğlubiyyət bağışlanmır bəlkə də.

Əslində, həmin gün Azər Həşimov mətbuat konfransına da gecikmişdi. Biz onu xeyli gözləmişdik. Müzakirələrin getdiyini güman edirdik. Hətta mətbuat konfransı sonrası Həşimov bir az yubanaraq jurnalistlərlə ayaqüstü söhbətləşərək, özünü tox tutmağa çalışmışdı.

Həmkarlardan biri zarafatyana "deyəsən, bizimlə halallaşır" - demişdi. Görünür, bundan sonrakı proseslər baş məşqçi üçün sürpriz olmayıb.

Yeri gəlmişkən, mövsüm başlayandan "Karvan"ın adı təkcə uğursuz nəticələr baxımından hallanmayıb. Hələ yayda mediada yayılan xəbərlərə görə, klub maliyyə problemi ilə üz-üzə qalıbmış, maaşların ödənilməsində çətinliklər mövcud imiş. Klub rəhbərliyi sonradan verdiyi məlumatla bu xəbəri yalanları və həqiqətə uyğun olmadığını vurğuladı. 

Yeri gəlmişkən, klubun sponsorları arasında xeyli varlı şirkətlər var. Onların olduğu yerdə maliyyə probleminin ola biləcəyi həqiqi görünmür. Həm də klub necə kasıb ola bilər ki, elə 12-ci turun ilk oyununda VİP yerlərdə maraqlı süfrə açmışdılar.

Düzdü, bu süfrə azarkeşlərin gözünün lap qarşısında, necə deyərlər, burnunun dibində idi və yüksək qonaqlar oğul-uşağın gözünün içinə baxa-baxa yeyirdi, amma eybi yox. Bu, klubun yaxşı imkanlarının göstəricisi olmaqla yanaşı, həm də həmin günün bayram əhval-ruhiyyəsinin təcəssümüydü və mən özlüyümdə bu detalın üzərində çox gəzişməyi istəməmişdim.

Gələk əsas məsələyə.

Maraqlıdı ki, təzəlikcə istefaya göndərilən "Neftçi"nin baş məşqçisi Samir Abasovla "Karvan"ın sponsorlarının danışıqlar apardığını deyiblər bizə. Zənnimizcə, bu, çox intriqalı təklif ola bilər. "Karvan" yayda yaxşı transferlər edib, Abasovun onlarla işləyib uğurlu nəticə əldə etmək şansı var.

Əgər klub sponsorları iddialı hədəflərə köklənibsə, yəni, məqsəd təkcə Premyer liqada qalmaq deyil də, turnirin cədvəlində avantajlı yerlərə qalxmaqsa, Abasov çox ideal namizəddir. O, zatən "Neftçi"yə gələndə qalmaqalın içinə düşmüşdü. İşi əvvəlcə qruplaşmanı aradan qaldırmaqdan ibarət oldu. Sonra azarkeş basqısı. Ondan möcüzə gözləyənlərin hövsələsizliyi. "Karvan"da bu pressinq olmayacaq ona. Sakitcə irəliləyə bilər klub onunla.

O başqa məsələ ki, Abasov maliyyə məsələsində anlaşa biləcəkmi aşağı büdcəli klubla?

Əgər anlaşma olacaqsa, bu, Abasovun mənə görə bir hədəfi var, onu ortaya qoyacaq ki, bunun da nə olduğunu indidən demək istəmirəm. 

Qoy hələlik belə qalsın.

Zülfiyyə Mustafayeva 
Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri