Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Samir Abasovla işıqlı gələcək?!

Samir Abasovla işıqlı gələcək?!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın Milan şəhərini təmsil edən “İntet”in baş məşqçisi Simone İnzaqi istefaya göndərildi. Klub onunla müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb.

Doğrudu, Çempionlar Liqasının finalındakı məğlubiyyət xeyli acınacaqlı alındı. Amma unutmaq lazım deyil ki, Paris klubuna ərəblərin milyonları illərdi axıdılırdı. Bunun qarşılığında isə ciddi uğur yox idi. Belədə budəfəki finalda rəqibin “İnter” olması lap yerinə düşdü. Gücünü toparlayan PSJ böyükhesablı qələbə ilə dünyanın ən nüfuzlu klub turnirinin kubokunu başı üzərinə qaldırdı. “İnter” finala yüksəlməklə “boyundan yuxarı tullanmağı” bacarmışdı. İnzaqinin çalışdırdığı komanda finala qədər “Bavariya”nı və “Barselona”nı yolundan kənarlaşdırmışdı ki, hər iki qarşılaşmada rəqib favorit sayılırdı. Deməli, finala yüksəlməyin özü belə “İnter” üçün yaxşı nəticə sayılmalıydı.
Amma “İnter”in rəhbərliyi bunu belə saymadı. Ümumiyyətlə, bu mövsüm “İnter”ə sanki həlledici məqamda uğur qazanmaq üçün nəsə çatmadı. Elə İtaliya A seriyasında da son turlara qədər “İnter” çempionluğa ən böyük namizəd sayılırdıi. Amma gözlənilməz büdrəmələrin fonunda “Napoli”nin dirçəlməsi sonda iki komanda arasında amansız mübarizənin getməsini şərtləndirdi ki, Neapol təmsilçisi “İnter”i 1 xal üstələməklə çempion oldu. Hər iki cəbhədəki büdrəməni İnzaqiyə bağışlamadılar. Halbuki bizim tərəflərdə “bu il alınmadı, inşallah, gələn il istəyimizə çatarıq, mövsüm bizim üçün yaxşı keçib” deyərdilər.
Belə çıxır ki, “İnter”in qarşısında konkret iki hədəf dayanırmış - Çempionlar Liqasının və İtaliyanın A seriyasının qalibi olmaq. Məqsədə çatmadınsa, baş məşqçi yola salınmalı, yeni məcaralar axtarışı üçün yeni mütəxəssis dəvət olunmalıdı.
Sizin də yadınızda olar. Bir müddət əvvəl “Neftçi”nin baş məşqçisi Samir Abasova sual vermişdilər ki, hədəfə çatmasaz, yəni “Neftçi” avrokuboklara vəsiqə qazana bilməsə, istefa verəcəksizmi? Adam aşıb-coşmuşdu. Suala sualla cavab vermişdi ki, nə üçün istefa verməliyəm? Gözlənildiyi kimi, “Neftçi” avrokuboklardan kənarda qaldı. Ölkə kubokunun finalına yüksələ bilməyən “ağ-qaralar” premyer-liqada da çox aşağı səviyyədə çıxış etdi.
Hər halda, burda “biabırçı” təyinindən istifadə etsəm, kimsə məni qınamaz. “Neftçi” mövsümü 43 xalla, 6-cı pillədə başa vurub. 36 oyuna cəmi 10 qələbə, 13 məğlubiyyət ölkənin ən iddialı və ən zəngin iki-üç klubundan biri üçün qürur mənbəyi sayıla bilməz. Samir Abasov bütün bu uğursuzluqların səbəbkarı kimi özündən əvvəlki baş məşqçini nişan verir, heyəti özünün formalaşdırmadığını deyir. Bununla da bulanıq sudan quru çıxmağa çalışır. Amma olub-bitənləri diqqətlə təhlil edəndə görürük ki, belə yanaşma heç də ədalətli deyil.
Əvvəla ona görə ki, Samir Abasov oktyabrın birinci yarısında “Neftçi”yə baş məşqçi təyin olunub. Onun vəziyyəti düzəltmək üçün xeyli zamanı vardı. İkincisi, qış fasiləsində “Neftçi” heyətinə əl gəzdirib, məhz Abasovun istəyi ilə heyətdən göndərilənlər və transfer edilənlər olub. Bunun fonunda “Neftçi” nəinki “Qarabağ”a heç qol vurmağı bacarmayıb, “Araz Naxçıvan”a “diş batırmaq”, öz ad-sanına uyğun çıxış etmək də alınmayıb. Sonda da “ağ-qaralar” mövsümü ədalətli olaraq 6-cı pillədə bitiriblər. İndi Samir Abasov köhnələri yola salıb, yeniləri qarşılamaqla məşğuldu.
Məlum məsələdi ki, gələn mövsüm budəfəki bəhanələr keçərli olmayacaq. Uğursuzluqlar davam etsə, yola salınmaq növbəsi elə Abasovun özünə çatacaq. Artıq 9 futbolçunun komandadan yola salındığı açıqlanıb. Növbəti günlərdə bu siyahının genişlənəcəyi gözləniləndi. Amma yüksəködənişli, di gəl ki, faydalı iş əmsalı aşağı olan futbolçular hələ də “Neftçi”nin sıralarındadı. Məlum məsələdi ki, Ramil Şeydayevlə Emin Mahmudov “Neftçi”dən yetərincə ciddi məbləğdə məvacib alırlar. O pulları dünyanın heç bir yerində, Azərbaycanın heç bir klubunda onlara verməzlər.
Ramil, ümumiyyətlə, qol vurmağı yadırğayıb, meydanda boşuna vurnuxmaqla məşğuldu. Eminin liderlik keyfiyyəti hər nə qədər önə çəkilsə də, yaş öz sözünü deyir və həlledici məqamlarda uzunmüddətli zədələr onun yaxşı günlərinin geridə qaldığını göstərdi. “Neftçi” əvvəlcə belə bahalı futbolçulardan qurtulmalıdı ki, onlara verilən pulları kassasında saxlayıb, normal transfer edə bilsin.
Samir Abasov bu cür məsələlərdə qətiyyət göstərə bilmir. Çünki yararsız futbolçuları “Neftçi”yə dolduranlar bu gün də klubda söz sahibidi. Elə həmin adamlar Samir bəyi baş məşqçi postuna gətiriblər. Deməli, Abasov onlara qarşı çıxa bilməz. Belədə “Neftçi”nin də “ağ günlərə çıxacağı” şübhə doğurur.
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see606

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see580

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see578

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see348

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see316

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see304

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see292
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri