Karvan Yevlax ın icraçı direktoru: Bunun üçün klub rəhbərliyi 4.5 milyon büdcə ayırıb
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Karvan-Yevlax"ın icraçı direktoru Elvin Əjdərlini Sport24.az-a müsahibəsi.
- "Karvan-Yevlaz" hazırda Misli Premyer Liqasında 6 xalla sonuncu pillədədir. Komandanın hazırkı durumu barədə nə deyə bilərsiniz?
- Komandamız hazırda rəhbərliyin istədiyi performansı göstərmir. Bunun müəyyən səbəbləri var. Heyətdə zədəli oyunçular çoxdur. Amma biz inanırıq ki, probləri tezliklə aradan qaldıracağıq. Bizi hələ qarşıda 15 oyun gözləyir. Digər matçlarda əvvəlki görüşlərdəki səhvləri etməməyə çalışacağıq.
- Rəhbərliyin "qara zolaq"dan çıxmaq üçün hansısa planı varmı? Kollektivlə görüşürsünüz? Bu məsələlər ətrafında söhbətlər olurmu?
- Bəli. Daim görüşürük. Mən demək olar ki, hər gün bazadayam. Səhərdən gecə saatlarana qədər burada oluram. Futbolçularla, baş məşqçi ilə, vitse-prezidentlə mütəmadi olaraq danışırıq. Vəziyyətdən çıxmağa çalışırıq. İdman üzrə vitse-prezidentimiz Kənan Kərimovdur. Komandanın yığımında, əvvəlki baş məşqçi Azər Həşimovun təyin olunmasında, hazırkı komandanın transferlərinin gerçəkləşməsində Kənan müəllimin xidmətləri var. Onun futbol keçmişi, yaxşı karyerası olduğu üçün bu transferlər, idman məsələləri Kənan müəllimə həvalə edilib. Bu barədə o daha çox fəaliyyət göstərir. Mən işin daha çox inzibati tərəfindəyəm. Klubda baş məşqçinin, futbolçuların istəyinin daha tezliklə reallaşmasına çalışıram. Hansı ki, texniki və inzibati tərəflər var. Klubun ali rəhbərliyi ilə komanda arasında "körpü" rolunu oynayıram ki, xırda problemlərə görə kollektivin komfortu pozulmasın.
- "Karvan-Yevlax" üçün baza yaradılıb. Stadion normal vəziyyətdədir. Gələcəkdə daha hansı işlər planlaşdırılır?
- "Karvan-Yevlax"ın Kür sahilində də başqa bazası var. Hazırda orada təmir və yenidənqurma işləri gedir. Əsaslı təmirə bağlanıb. Hazırda istifadə olunan baza və stadionun ot örtüyünə klub rəhbərliyi tərəfindən təxminən 3 milyon yarımadək pul xərclənib. Yevlax şəhər stadionunun tərkibində yeni meydanın inşası nəzərdə tutulub. Burada da 1500-2000 azarkeşlik tribuna olacaq. Ən müasir standartlara uyğun şəkildə tikiləcək. Təbii ot örtüyü planlaşdırılır. Bunun üçün klub rəhbərliyi 4 milyon yarım büdcə ayırıb. Qismət olsa, martdan quruculuq işlərinə başlayacağıq.
- "Karvan-Yevlax" mövsümün sonunda elitanə tərk etsə, bu, faciə hesab olunacaq? Yoxsa yolunuza davam edəcəksiniz?
- Biz yolumuza davam edəcəyik. "Karvan"ın Azərbaycan futbol tarixində böyük keçmişi var. Hansı ki, futbol elitasında sözünü demiş, tanınmış futbolçuların əksəriyyətinin "Karvan" keçmişi var. Azərbaycanda ilk dəfə avroliqada mərhələ keçən klublardan biridir. "Karvan"ın gələcəyə yönümlü inkişaf strategiyası var. Bizim üçün Premyer Liqanı tərk etmək faciəvi sonluq deyil. Uzun müddətdir meydanda deyildik. Tez zamanda Premyer Liqaya vəsiqə qazandıq, bir az təcrübəsiz olduq. Dövrümüzün Premyer Liqası ilə indiki arasında çox fərq var. Bu yöndə bir az təcrübəsizliyimiz olsa da, bunu dərk edirik. Öyrənərək bu problemləri aradan qaldırırıq. Çalışırıq ki, bundan sonrakı mövsümlərdə klubun brendini yenidən möhkəmləndirək, ölkə futbol tarixində "Karvan" brendi sözünü desin.
- Komanda Premyer Liqaya çıxanda aşağı yaş qruplarının olmaması ilə bağlı möhlət verilmişdi. Bu yöndə hansı işlər görülür. Aşağı yaş qrupları varmı?
- Bəli. Bizdə 10, 11, 12, 13, 14 və 15 yaş qrupu mövcuddur. Uşaq futbolumuz fəaliyyətdədir. Birinci bazamızın əsaslı təmirə bağlanmasının səbəblərindən biri uşaq futbolu ilə bağlıdır. Növbəti mövsümlərdə akademiyanı qurub inkişaf etdirmək niyyətindəyik. Bir növ insan kapitalına yatırım kimi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 Fevral 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















