Karvan Yevlax ın icraçı direktoru: Daha yaxşı nəticələr əldə edə bilərdik
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Fikrimcə, sıfırdan formalaşan bir komanda üçün geridə qalan 3 turun nəticələrini normal qiymətləndirmək olar". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın icraçı direktoru Elvin Əjdərli deyib.
Əjdərli "ağ-qaralar"ın ilk turları dəyərləndirib:
"Təbii ki, "yaxşıdır" demək düzgün olmaz, çünki daha yaxşı nəticələr əldə edə bilərdik. Amma nəzərə almaq lazımdır ki, çempionat yeni başlayıb. Hazırda əsas məqsədimiz komandanın oyununu və strukturunu daha da inkişaf etdirmək, hər turda üzərimizə düşən işləri daha yaxşı yerinə yetirməkdir. Mövsümün sonunda hansı nəticələrin bizi gözlədiyini indidən proqnozlaşdırmaq çətindir. Bizim isə bir əsas amalımız və istəyimiz var: "Karvan-Yevlax"ın öz tarixi yerinə premyer liqaya qayıtması. Bu istiqamətdə əlimizdən gələni edəcəyik".
Əjdərli milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilənin komandanın işinə yarayacağını da vurğulayıb:
"Milli fasiləni komandamız üçün yaxşı fürsət hesab edirəm. Belə fasilələr zamanı futbolçuların bir-birini daha yaxından tanıması, komanda daxilində anlaşmanın və oyun əlaqələrinin daha da möhkəmlənməsi üçün imkan yaranır. İnanırıq ki, bu müddətdə görülən işlər qarşıdakı oyunlarda öz nəticəsini göstərəcək və futbolçularımız meydanda daha yaxşı oyun sərgiləyəcəklər".
Qeyd edək ki, aktivində 6 xal olan "Karvan-Yevlax" 3 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















