Icma.az
close
up
RU
Karvan Yevlax ın qələbə həsrəti sona çatacaqmı?

Karvan Yevlax ın qələbə həsrəti sona çatacaqmı?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən Misli premyer-liqasında 14-cü tura start verildi.

"Football-plus.az" xəbər verir ki, bu gün, sabah və dekabrın 9-da keçiriləcək oyunlarla tura yekun vurulacaq.
Misli premyer-liqası
2-ci dövrə, 14-cü tur
6 dekabr
Zirə - Qarabağ 1:1

İssa Cibrila, 31 - Enrike Kustodio, 44-öz qapısına.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 20:+1=4-15, 10:48.
2015/16 – 0:0, 0:2; 2016/17 – 0:2, 0:0; 2017/18 – 2:3, 1:2; 2018/19 – 0:6, 0:3; 2019/20 – 1:3, 0:6; 2020/21 – 0:0, 0:2; 2021/22 – 1:1, 0:3; 2022/23 – 1:7, 0:1; 2023/24 – 0:1, 0:1; 2024/25 – 1:3, 3:2;
Cəzalı: Ayron Qomis (Zirə).
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.00.
7 dekabr
Karvan-Yevlax – Şamaxı

“Karvan-Yevlax” bu rəqiblə qarşılaşmayıb.
Cəzalılar: Vadim Abdullayev, Eltun Turabov (Karvan-Yevlax).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: CAVİD CƏLİLOV, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax, şəhər stadionu. Saat 14.00.
Premyer-liqada qalmaq uğrunda mübarizə aparanların duelini maraqla gözləməyə dəyər. Azı ona görə ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi Yevlax təmsilçisi bu oyunda qalib gəlməyə, turnir cədvəlinin sonuncu pilləsindən qurtulmağa cəhd göstərməyə məcburdu. Heç şübhəsiz, meydan sahibləri təkcə oyuna yaxşı hazırlaşmaqla yox, həm də minlərlə azarkeşinin dəstəyi sayəsində qələbə qazanmağa çalışacaq. Bəs “Şamaxı” buna mane ola bilərmi? Bəli! Çünki “şirlər” bu günə qədər qazandığı nəticələrlə autsayderlər qrupunda qərarlaşsalar da, aciz olmadıqlarını sübut ediblər. Belədə bizi döyüşkən komandaların qarşılaşmasınn gözlədiyini proqnozlaşdıra bilərik.
Maraq üçün xatırladaq ki, bu komandalar indiyə qədər yalnız bir dəfə qarşılaşıb. Sentyabrda keçirilən dueldə “Şamaxı” evdə “Karvan-Yevlax”ı darmadağın edib – 3:0.
8 dekabr
Qəbələ - Turan Tovuz

“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 4:+1=1-2, 6:4.
2022/23 – 0:0, 1:2; 2023/24 - 4:0, 1:2.
Cəzalı: Murad Musayev (Qəbələ).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ, şəhər stadionu. Saat 17.00.
Son matçda “Araz-Naxçıvan” üzərində sürpriz qələbə qazanan “Qəbələ” daha bir iddialı rəqibi büdrətmək üçün vuruşacaq. “Qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze həmin qələbənin komandanın xüsusən psixoloji durumuna müsbət təsir göstərəcəyini demişdi. Həqiqətən belə olubsa, meydan sahiblərinin baxımlı və əzmkar oyunla xal ehtiyatını artıra biləcəyinə inanmaq olar. Lakin çempionluq uğrunda mübarizə aparan “Turan Tovuz”un indiki durumunu da nəzərə almaq vacibdi. Ona görə ki, “bozqurd” son üç matçda yalnız “sülh”lə razılaşmalı olub. Kurban Berdıyevin komandası bu səbəbdən əsas hədəfdən uzaqlaşsa da, ölkəmizi Avropada təmsil etmək şanslarını qoruyur. Odu ki, bölgə təmsilçilərinin duelini maraqla gözləməyə dəyər.
Bu komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Bunların 2-də “Qəbələ”, 4-də “Turan Tovuz” qalib gəlib, 3-də hərəyə 1 xal düşüb. Topların nisbətində “qırmızı-qaralar” öndədi – 12:10.
Sabah – Neftçi
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 13:+3=4-6, 11:16.
2018/19 – 1:2, 0:2; 2019/20 – 0:2; 2020/21 – 0:2, 2:2; 2021/22 – 1:2, 0:1; 2022/23 – 2:1, 2:0; 2023/24 – 1:1, 0:0; 2024/25 - 0:0, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR hakimi: Rauf Cabarov.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı, “Bank Respublika Arena”. Saat 20.00.
Növbə çatdı paytaxt derbisinə! Bir tərəfdə son 10 turda, ölkə kubokunun 1/8 finalında “İmişli” üzərində qazanılan qələbəni də saysaq, son 11 matçda uduzmayan “Sabah”, qarşıda isə sözün əsl mənasında ciddi böhran yaşayan, kubok uğrunda mübarizədən çəkildiyinə görə avrokuboklara yollanmaq şansını ciddi şəkildə azaldan “Neftçi” var.
Reallığa əsasən, Masazır təmsilçisinin bu matçda qələbə qazanacağını iddia etmək çətin deyil. Lakin “ağ-qaralar”ı yaralı şir kimi təsəvvür etsək, “bayquşlar”a qarşı amansız mübarizə aparacaqlarını da nəzərə almalıyıq. O başqa məsələ ki, hazırda “Neftçi” bu yöndə azarkeşlərin ümid vəd edə bilmir. Yetərincə ruhsuz, istəksiz və yorğun görünən komandanın paytaxt derbisində sərfəli nəticə qazanmaq şansı azdı. Ancaq qonaqlar aşağıdakı statistika sayəsində motivasiyasını bərpa edə, Masazıra xal dalınca yollana bilərlər.
Komandalar indiyə qədər 28 dəfə qarşılaşıb. Bunların 8-də “Sabah”, 13-də “Neftçi” qələbə qazanıb. 7 oyunda “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 34:22.
1. Qarabağ 13 9 3 1 24:6 30
2. Zirə 14 7 6 1 22-13 27
3. Sabah 12 7 4 1 19-6 25
4. Turan Tovuz 13 7 3 3 16-9 24
5. Sumqayıt 13 7 2 4 22-16 23
6. Araz-Naxçıvan 13 5 5 3 20-20 20
7. İmişli 13 3 7 3 16-12 16
8. Neftçi 13 4 3 6 13-17 15
9. Şamaxı 13 3 5 5 13-15 14
10. Qəbələ 13 2 2 9 10-18 8
11. Kəpəz 13 2 0 11 10-35 6
12. Karvan-Yevlax 13 1 2 10 10-28 5
Bombardir: Ba-Muaka Simakala (Araz-Naxçıvan) - 7.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:317
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri