Karyerasını “Barselona”da bitirmək istəyir
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müdafiəçi Ronald Arauxo 2031-ci ilə qədər qüvvədə olan müqaviləsinin sonunadək karyerasını “Barselona”da davam etdirmək niyyətindədir.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
26 yaşlı uruqvaylı Çempionlar Liqasını Kataloniya klubunun heyətində qazanmağı arzulayır və karyerasını məhz burada bitirmək istədiyini bildirib. O, oyun üslubu və xarakterinə görə “Barselona”nın sabiq kapitanı və müdafiəçisi Karləs Puyola bənzədiyini düşünür.
Arauxo 2020-ci ildən “Barselona”da çıxış edir. Bu müddətdə komandanın heyətində 180 matça çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Müqaviləyə əsasən, o, ötən yay 65 milyon avroya klubdan ayrıla bilərdi, lakin belə bir variantı nəzərdən keçirməyib. Onunla “Liverpul”, “Çelsi” və “Tottenhem” maraqlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Sentyabr 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















