Icma.az
close
up
RU
“Kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yox, qiymətlər ucuz”

“Kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yox, qiymətlər ucuz”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Biz qəbul yerlərini 80-100 minə çatdırmalıyıq. Narazılıqlar ortaya çıxır, abituriyentləri xaricdə təhsil adı ilə aldadırlar, elə universitetlərə göndərirlər ki, onun diplomu burada tanınmır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

Millət vəkili bildirib ki, ondansa, Azərbaycanın rayonlarında, regionlarda özəl universitetlər yaratmaq lazımdır: “Ən azından bilək ki, 4 ildə milli kadr yetişdiririk, xarici qüvvələrin təsiri altına düşməyəcək. Elm və Təhsil Nazirliyini hətta məcbur edək ki, qəbul yerlərini artırsın. Bəzi məqamlarda bizim abituriyentlərin hüquqları pozulur. Alternativ biliyi müəyyənləşdirən testlər var, beynəlxalq standartlara cavab verir. Azərbaycanda bir neçə universitet bu testlər nəticəsində əldə edilmiş sertifikatla abituriyent qəbul edir. Ancaq burada hüquqlar pozulur. Saxta sertifikatları bizim aidiyyəti qurumlar müəyyənləşdirə bilmir. Nəticədə ədalətli bal toplayan Azərbaycan övladları həmin universitetlərə qəbul ola bilmir. Bu məsələyə dövlət əl qoymalıdır, aidiyyəti qurumlar bu məsələyə nəzarət etməlidir. 

İkincisi, digər universitetlərimiz alternativ yollarla tələbə qəbuluna start verməlidir. Naxçıvanın elə böyük potensialı var ki, orada hələ 5 universitet yaradıla bilər. Yollara baxırsan, infrastruktura baxırsan, adam həsəd aparır. Deyirsən, kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yoxdur, qiymətlər çox ucuz. Adamın köçüb Naxçıvanda yaşamağı gəlir. Naxçıvanda universitetlər artırılsın ki, tələbələrimiz gedib Naxçıvanda oxusun”.

Deputatın sözlərinə görə, sərnişinlərin də hüquqları pozulur: “Aidiyyəti qurumlar bir problemi həll edirlər, adamın ürəyi açılır, ancaq əlavə problem ortaya çıxır. İctimai nəqliyyat inkişaf etdirilir, avtobuslar alınır, avtobus yolu çəkirlər, hər şey superdir. Ancaq digər tərəfdən şəxsi avtomobillə öz problemini həll etmək istəyən insanlara çətinlik yaranır. Eyni problemi bu gün Gəncədə də görə bilirik. Gəncədə yol problemi var idi, indi dövlətin dəstəyi ilə yollar bərpa olunur. Ancaq balaca yolda avtobus zolağı çəkiblər, orada onsuz da 2 avtomobil zülmlə keçir. Bakıdakı tıxac bu gün Gəncəyə gedib çıxıb. Aidiyyəti qurumlara səslənirəm, qaş düzəldən yerdə, vurub göz çıxartmayaq. Bakı və Gəncə bir ola bilməz. İnsanların, xüsusilə sərnişinlərin hüquqlarını pozmayaq, həll yolları axtaraq”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri