Icma.az
close
up
RU
Kaş insanlıq da dəb olaydı

Kaş insanlıq da dəb olaydı

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lalə Mehralı

Nitşe deyir ki, insanlar bir-birini parçalamamaq üçün əxlaq anlayışını yaradıb, amma əslində, ən vəhşi canlı elə insandır. Doğrudur, biz danışırıq, düşünürük, heyvanlarla bizi fərqləndirən də məhz bu iki təməl özəlliyimizdir. Əslində, heyvanlar da düşünür, bəs onları insanlardan fərqləndirən nədir? Niyə onların haqqında danışanda vəhşi olduqlarını gözə soxuruq, insanların haqqında danışanda isə ən yaxşı cəhətlərini vurğulayırıq, öz etdiklərimizin qarşısından pərdə asırıq.

İnsan yeganə məxluqdur ki, öz növünə - başqa insanlara zərər yetirir. Bununla da kifayətlənmir, digər canlılara, dünyaya və kainata zərər verir. Biz ekoloji sistemə xeyirdən çox ziyan vururuq, başqalarının haqını, hüququnu pozur öz mənfəətimizi düşünürük. Bütün kainatın bizim üçün yaradıldığına əminik, özümüzü bütün canlılardan üstün sayırıq, dünyanın ağası kimi davranırıq. Biz insanlar, öz maraqlarımız naminə bütün canlıları görməzdən gələ bilirik. Doğrudur, biz yer üzündəki bütün canlılar arasında ən sistemli həyat forması yaşayırıq, amma bu o demək deyil ki digər canlılar ağılsızdır və yaşamaq haqları yoxdur. Biz zəkalıyıq, doğrudur, amma eyni zamanda yaşamaq üçün öldürən və daha çox öldürmək üçün yeni yollar axtaran vəhşi varlıqlara çevrilmişik.

Bir çoxumuzun içində sevgi olsa da, bəzilərimiz o sevgini boğub, qəzəbə, nifrətə çevirir. Kimimiz sevgi ilə hər şeyin öhdəsindən gələ biləcəyini düşünür, kimimiz bütün aqressiyamızı başqasına yönəldərək zorakılıq tətbiq edir. Biz məğlubiyyəti qəbul edən kimi görünürük, əslində içimizdə əks hücuma hazırlaşan canavar yatır.

Biz kürkü, dərisi, dişi, buynuzu üçün başqa canlıları qətl edə bilirik, marka bir ayaqqabı, yumşaq tükləri olan bir palto, bərq vuran bir çanta üçün günahsız canlıları qanına qəltan edirik. Bəlkə də kürkdən istifadə edən insanların çoxu xəz heyvanların məruz qaldığı şiddəti, ağlasığmaz işgəncələri və həyat şəraitini əvvəllər bilməyə bilərdi, lakin informasiya əsrində bunu bilməmək mümkün deyil. Amma fikirləşirəm, heyvanların kürkünü əlindən almaq üçün onlara yaşadılan qəddarlığı bilsə, kürkdən uzaq durmaq bir yana, bu biznesə nifrət edən nə qədər həqiqi insan var dünyada?

Buğa döyüşünü düşünün. Nə qədər qəddar görününr o meydanda buğalar, elə deyil? Amma onu o həddə gətirən insandır. Döyüşdən əvvəl öküzün qulaqlarına yaş qəzetlər doldurulur, görmə keyfiyyətini bulanıqlaşdırmaq üçün gözlərinə vazelin sürtülür, nəfəs almasını çətinləşdirmək üçün burun dəliyinə pambıq basılır və cinsiyyət orqanına iynə yerləşdirilir. Təsəvvür edirsiniz? Bədən tarazlığını itirməsi üçün ayaqlarına yandırıcı maddə sürtürlər. Döyüş günü çaşqınlıq yaşasın deyə bir neçə gün əvvəldən dar, qaranlıq yerdə saxlayırlar.

Döyüş günü o buğalar meydanda niyə elə sürətlə qaçır, bilirsiniz? Çünki həmin an dar və qaranlıq yerdən çıxarılıb, gözünə sürtülən vazelinə görə işığı bulanıq gördüyü üçün aydınlığa çatmaq üçün durmadan qaçır, bu yolda maneə olsa işığa çata bilmək üçün o maneəni əzməyə hazırdır. Ayaqlarındakı yanma hissi, cinsi orqanındakı iynə ona dəhşətli ağrı verir. Üstəlik, meydanda onu əsəbləşdirmək üçün insanlar əllərindən gələni edir, ona ağacla, dəyənəklə, qamçı ilə, qılınc ilə xətər yetirirlər. Hər zərbədə o daha da acıqlanır, daha çox hücum edir. Yaralanır, qanı azaldıqca qüvvəsi tükənir, ya elə meydanda ölür, ya da sonra öldürülür. Bütün bunlardan sonra o insanlar əyləncəli gün keçirmişcəsinə evlərinə dağılırlar. İndi kimdir vəhşi?

Ətrafımızdakı yaşıllığı qətl edib beton konstruksiyalar quraşdıranlar, insanlığı o daş divaralara həbs edənlər, heyvanlara işgəncə verənlər, gücünü zəifə göstərənlər, körpələrə təcavüz edənlər – hamısı insandır, hamısı bizdəndir. Heç bir vəhşi heyvan insan qədər qəddar deyil, elə deyilmi? Hər şeyə ayaq uyduran, hər yenilikdən nəsib alan insanlar niyə insanlığı dəb etmir, yaymır, təbliğ etmir? Axın dünyanın ehtiyacı olan ən böyük dəyişiklik, ən lazımlı yenilik insanlığın dəbə minməsidir.

Bəşəriyyətin, insanların və heyvanların rəhmə, insafa, mərhəmətə ehtiyacı var. Bəşəri mərhəmət, qlobal əxlaq bərpa edilmədikcə dünya çox müharibə görəcək, hələ çox qanlar töküləcək. İnsanlar arasında gedən müharibələrin kökündə dilsiz-ağızsız heyvanlara edilən işgənclər dayanır çünki. Dünyanın səması o heyvanların ah-naləsi ilə əks-səda verir.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri