Icma.az
close
up
RU
Kaş Allahdan ölüm sifariş etmək olaydı! oyunsonrası təəssürat

Kaş Allahdan ölüm sifariş etmək olaydı! oyunsonrası təəssürat

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

...4-cü uzatma dəqiqəsi bitmək üzrədi, Azərbaycan yığmasının futbolçuları geydirmə hücumlardan daha birini qurmaq əvəzinə autda əl dəyişirlər. Niyə geydirmə hücum deyirəm, eləmi, yığma üzvlərinə münasibətdə qərəzliyəm, eləmi? Yox, vallah! Bu komandanı yığma adlandırmaq da söyüşdü. Yığmadısa, hanı Azərbaycan futbolunun ənənələrinə əsaslanan bircə dənə baxımlı hücum, fərqli kombinasiyalarla rəqibin cərimə meydançasına daxil olmağımız, driblinq edən futbolçularımız? Heç biri yoxdu! Bunlar yoxdusa, Avropada da yerimiz yoxdu!
Bəlkə qələbə də bizi C liqasında saxlamayacaqdı, çünki Estoniya bizi evində 3:1 hesabıyla məğlub etmişdi. Amma azarkeşlərin ürəyindən tikan çıxarmaq, ən azı səfərdəki məğlubiyyətin əvəzini çıxmaq üçün bizə qələbə lazım idi. Bacarmadıq. Bacarmadıqsa, yerimiz artıq D liqasıdı. Yəni Cəbəllütariq, San Marino, Andorra və Lixtenşteynin yanı! Çox güman, indi Ələkbər Məmmədov, Anatoli Banişevski, Əhməd Ələsgərov məzarında o tərəf - bu tərəfə aşır. Onlar haqq dünyasındadı. Yəqin bu dünyada qalan veteranlar – Kazbek Tuayev, İsgəndər Cavadov, İqor Ponomaryov, Maşallah Əhmədov da özünə yer tapa bilmir, vurnuxur. Və biz 21-ci əsrin 24-cü ilinin sonunda belə bədbəxt durumdayıq – nə futbolumuz var, nə də nəticələrimiz. Hər şeydən pisi də odu ki, sabaha ümidimiz də yoxdu.
Amma yox, bir ildi nə üçün yaşadığı bilinməyən Emin Mahmudovumuz, heç nədən qırmızı vərəqə almaqla yığmanı “dəfn edən” Mahir Emrelimiz, meydanda olduğu müddətdə nə etdiyi bilinməyən Ramil Şeydayevimiz və “hələ vaxt var, yaxşı komanda düzəldəcəm” deyən Fernando Santuşumuz var.
Sadəcə, yazıqlar olsun! Nə yazacağımı bilmirəm. SSRİ dövründə bütün komandalarını “kötəklədiyimiz” estonlar Qəbələdən evinə sevinc içində və bizdən öndə yollanır. Ölmək lazımdı, ölmək! Kaş Allahdan ölüm sifariş etmək olaydı!
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Noyabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri