Icma.az
close
up
RU
Kasıblığın qara üzü 1 milyard insan gündə 2 dollarla yaşayır

Kasıblığın qara üzü 1 milyard insan gündə 2 dollarla yaşayır

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyada təxminən 700 milyon insan ifrat yoxsulluqla mübarizə aparır. Dünya Bankının məlumatına görə, bu insanlar gündə 2,15 dollardan az gəlirlə yaşamağa məcburdur.

Banco.az xəbər verir ki,  təxminən 1 milyard insan gündə 2,15–3,65 dollar arasında qazanır, dünya əhalisinin yarısı isə gündə 6,85 dollardan az vəsaitlə dolanır.

Ən yoxsul ölkələr sırasında Cənubi Sudan, Yəmən, Burundi, Mərkəzi Afrika Respublikası və Malavi ön yerlərdədir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) 1992-ci il dekabrın 22-də qəbul etdiyi qərarla 17 oktyabrı Ümumdünya Yoxsulluğun Aradan Qaldırılması Günü elan edib. Hər il bu tarixdə dünyada müxtəlif tədbirlər və konfranslar təşkil olunur, məqsəd isə beynəlxalq ictimaiyyətin diqqətini yoxsulluq probleminə yönəltməkdir.

BMT-nin bu il üçün müəyyən etdiyi mövzu — “Ailələrə hörmət və effektiv dəstək göstərməklə sosial və institusional pis rəftara son qoymaq” — yoxsulluğun təkcə iqtisadi deyil, həm də sosial aspektlərinə diqqət çəkir.

BMT-nin son hesabatında qeyd edilir ki, 1990–2019-cu illər ərzində ifrat yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalsa da, COVID-19 pandemiyası, müharibələr və qlobal iqtisadi böhranlar nəticəsində son illərdə vəziyyət kəskin pisləşib. 2019-cu ildən bu yana yoxsulluğun aradan qaldırılmasında demək olar ki, heç bir irəliləyiş qeydə alınmayıb.

Hazırda Cənubi Asiya və Sub-Sahara Afrikasında yaşayan insanların böyük əksəriyyəti gündəlik gəlirləri baxımından yoxsulluq həddindədir. Bu bölgələrdə milyonlarla ailə qida, təhsil və səhiyyə kimi əsas ehtiyaclarını qarşılaya bilmir.

Dünya Bankının 2024-cü il hesabatına əsasən, dünya əhalisinin 8,5 faizi — yəni təxminən 700 milyon insan — hələ də “həddindən artıq yoxsul” sayılır.

BMT ekspertləri hesab edir ki, yoxsulluğun azaldılması üçün davamlı iqtisadi inkişaf, ədalətli gəlir bölgüsü və sosial müdafiə sistemlərinin gücləndirilməsi zəruridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://banco.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri