Kasilyas hakimləri Real ı sıxmaq da suçladı: Bunun XXI əsrdə baş verməsi...
Icma.az bildirir, Fanat portalına istinadən.
"Real Madrid"in sabiq qapıçısı İker Kasilyas hakimlərin "Barselona" ilə oyunlarda "Kral klubu"nu "sıxdıqlarını" bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Madrid Zone" belə çatdırıb:
"Barselona"ya qarşı çox oyun keçirmişəm. Mənə indi elə gəlir ki, bir çox hakimlər "el klasikolar"da həqiqətən bizə ziyan vurublar. Bunun XXI əsrdə baş verməsi ağlasığmazdır".
Cari mövsüm "Barselona" əzəli rəqibinə qarşı keçirdiyi bütün qarşılaşmalarda qələbə qazanıb. "Blauqrana" İspaniya Superkubokunun finalında 5:2, İspaniya Kubokunun finalında 3:2 hesablı zəfərlərə sevinib. Bundan başqa, Kataloniya təmsilçisi madridliləri La Liqa matçlarında da yenib - 4:0, 4:3.
Xatırladaq ki, "Real" öz televiziyası vasitəsi ilə İspaniya Kubokunun aprelin 26-da baş tutmuş final oyunundan öncə bu matçda təyinat almış referi Rikardo De Burqos Benqoeçeanın ciddi səhvlərini özündə əks etdirən videoçarx yayımlamışdı. Həmin qarşılaşmadan əvvəl reallaşan mətbuat konfransında görüşün VAR hakimi Qonsales Fuertes "Real"ın televiziyasında təqdim olunan videoçarxa münasibət bildirmiş, hakimlərin bu barədə ciddi ölçü götürəcəklərini söyləmişdi. Ardından isə Madrid təmsilçisi rəsmi bəyanat yayaraq Fuertesin səsləndirdiyi fikirləri yolverilməz adlanırmışdı.
Nihat
Baxış sayı:95
Bu xəbər 20 May 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















