Icma.az
close
up
RU
Kasko sığortada MÜHÜM DƏYİŞİKLİKLƏR: Sürücülər üçün NƏ DƏYİŞƏCƏK?

Kasko sığortada MÜHÜM DƏYİŞİKLİKLƏR: Sürücülər üçün NƏ DƏYİŞƏCƏK?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Yaxın vaxtlarda kasko sığorta ilə bağlı yeniliklər tətbiq olunacaq. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Qeyd olunub ki, dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını nəzərdə tutur.

Kasko sığortası məcburi olacaq? Sürücüləri nə gözləyir, qəza zamanı kasko nəyi ödəyəcək, nəyi ödəməyəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan sığorta eksperti Vüsal Bədəlov deyib ki, kasko sığorta bazarının canlandırılması və əhalinin sığorta bazarına inamının artırılması üçün sığorta sahəsində beynəlxalq standartlara əsaslanan dəyişikliklərin olması vacibdir.

Onun sözlərinə görə, bu dəyişikliklər yalnız sığorta haqqına, sığorta məbləğinə əsaslanan dəyişikliklər olmamalıdır:

“Sığorta sektorunda inkişaf istəyiriksə, ilk növbədə mütləq şəkildə istehlakçının etibarını qazanacaq, ümumiyyətlə istehlakçının etibar edəcəyi bir sığorta bazarı formalaşdırmalıyıq. İstehlakçıya hansı formada xidmət göstəriləcək, gələcəkdə onun avtomobilinə dəymiş zərərin hesablanması hansı bazar standarlarına uyğun olacaq, ehtiyat hissələri orijinal və yaxud dublikat hissələrlə aparılacaq, bunlar mütləq şəkildə bildirilməlidir”.

Vüsal Bədəlov: Bu, yalnız sığorta haqqına, sığorta məbləğinə əsaslanan dəyişikliklər olmamalıdır

V.Bədəlov qeyd edib ki, sığorta hadisəsi baş verdikdə zərərin hansı hissəsini sığortalının özü ödəyəcəyi müqavilədə əvvəlcədən açıq şəkildə yazılmalıdır:

“Beynəlxalq yanaşmada əsasən sığorta müqaviləsi bağlanarkən gələcəkdə sığortaedilənlə sığortaçı arasında münasibətləri tənzimləyən bir müqavilə növü görə bilərik”.

Sığorta haqqına gəldikdə isə, müsahibimiz vurğulayıb ki, sığorta haqqı hazırda Avropa, Amerika bazarında bizdən daha yüksəkdir. Dediyinə görə, risk əsaslı sığorta haqları hesablanır. Burada həm sürücünün təcrübəsi, yaşadığı ərazi, həm də avtomobilin modeli nəzərə alınaraq sığorta haqqı hesablanır:

“Ancaq bizdə orta sığorta haqqı demək olar ki, 2.5, 3.5 faiz əmsalı ilə nəqliyyat vsitəsinin ilinə və dəyərinə görə dəyişir. Bu məsələlərlə bağlı dəyişiklik edilərsə, gələcəkdə kasko sığortasına maraq daha da arta bilər”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Avqust 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri