Icma.az
close
up
RU
Media qanunvericiliyində mühüm dəyişikliklər

Media qanunvericiliyində mühüm dəyişikliklər

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnformasiya təhlükəsizliyi bütövlükdə, hər bir cəmiyyətin təhlükəsizliyində mühüm rol oynayır. Ona görə də, bu sahədə qanunverciliyin təkmilləşdirilməsi hər zaman aktual olub.

Digər tərəfdən, media resurslarında saxta məlumatların yayılmasının qarşısının alınması da vacib məsələlərdən biridir.

Artıq bu yöndə praktiki addımlar atılmaqdadır. Milli Məclisin iyulun 14-də keçirilən iclasında media ilə bağlı bir sıra qanunlara dəyişikliklər edilib. Belə ki, Mülki Məcəllədə, İnzibati Xətalar

Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Saxta məlumatların yayımını qadağan edən norma müəyyən edilir

Sənədə əsasən, “Media haqqında” Qanunda “Media subyekti” anlayışı Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib. Xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur, ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi tələbi gətirilir. Bununla yanaşı, “xarici jurnalistlər” ifadəsi “xarici media nümayəndələri” ifadəsi ilə əvəzlənir.

Layihədə, həmçinin saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən edilir. İnformasiya agentliklərinə münasibətdə xarici ölkələrdə akkreditasiyadan keçmiş jurnalistlər və digər subyektlərlə informasiya əldə edilməsi (verilməsi) barədə müqavilələr üzrə minimum say müəyyənləşdirilir, həmçinin istehsal etdikləri informasiyanın minimum nisbətinə dair tələblər təsbit olunur. Media subyektlərinin (redaksiyalarının) adlarının digər media subyektlərinin adları ilə eyni və ya oxşar olmaması, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməsinə dair norma əlavə edilir. Media Reyestrində olmayan, şantaj, böhtan xarakterli, qərəzli materiallar, saxta məlumatlar dərc edən qəzetlərin fəaliyyətinin qarşısının alınması məqsədilə onların nəşri və yayımı qadağan olunur. Media Reyestrində olmadan həyata keçirilən media fəaliyyətinin qanunsuzluğu birbaşa təsbit edilir.

Xarici media subyektlərinin filial və nümayəndəlikləri də daxil olmaqla, bütün media subyektlərinin onlayn resurslarına münasibətdə mediada dərci və yayımı qadağan olunan materiallar üzrə tədbirlərin görülməsinin Medianın İnkişafı Agentliyinin səlahiyyətlərinə aid edilməsinə dair dəyişiklik edilir.

Mülki Məcəllədəki dəyişiklikdə isə Medianın İnkişafı Agentliyinin müraciəti əsasında DVX tərəfindən bu Məcəllənin 59 - 61-ci maddələrində hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qaydalar tətbiq edilmədən Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin ləğv olunaraq hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasının təmin edilməsi nəzərdə tutulur.

Yeni inzibati məsuliyyət...

İnzibati Xətalar Məcəlləsində Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun həmin subyekt, nəşriyyat və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə inzibati məsuliyyət müəyyən edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda isə xarici media subyektinin filial və nümayəndəliyinin beynəlxalq müqavilədə nəzərdə tutulmadan və ya Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması DVX tərəfindən onun ləğvi üçün əsas kimi müəyyənləşdirilir.

Parlamentin iclasında verilən məlumata görə, bu dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri nəzərə alınaraq irəli sürülüb. Əsas məqsəd isə Azərbaycanın informasiya mühitinin qorunaraq, sağlamlaşdırılması, media brendinin və jurnalistin nüfuzunun artırılması, informasiya məkanında hər hansı neqativ hallara qarşı mübarizədə cəmiyyətin tələblərini nəzərə alaraq dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin edilməsidir. Qanunvericiliyə edilən bu dəyişikliklər bütün media məkanında şəffaf və sağlam mühitin formalaşmasında önəmli rol oynayacaq.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri