Icma.az
close
up
RU
Kaspersky : Nu il uşaqların süni intellektə marağı iki dəfədən çox artacaq

Kaspersky : Nu il uşaqların süni intellektə marağı iki dəfədən çox artacaq

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Kaspersky" 2024-cü ilin may ayından 2025-ci ilin aprel ayına qədər olan dövrü əhatə edən və uşaqların rəqəmsal vərdişlərinə dair illik hesabatını yayımlayıb. 

Qaynarinfo-nun məlumatına görə, hesabatda qeyd olunur ki, süni intellekt əsaslı söhbət botlarına maraq ciddi şəkildə artıb, bəzi italyan memləri geniş yayılıb və musiqi ilə interaktiv ritm əsaslı oyunlar populyarlıq qazanıb. "YouTube" yenə də uşaqlar arasında ən çox istifadə olunan tətbiq olaraq qalır, "WhatsApp" isə "TikTok"u geridə qoyaraq ikinci yerə yüksəlib.

Tədqiqat nəticələrinə görə, 8–10 yaş arası uşaqlar gündə orta hesabla 6 saat, 11–14 yaş arası uşaqlar isə 9 saat ekrana baxaraq vaxt keçirirlər. Rəqəmsal mühitdə sərf olunan vaxt artdıqca, valideynlərin övladlarının istifadə etdiyi platformaları, axtarış vərdişlərini və maraq sahələrini izləməsi daha da vacib hala gəlir.

Süni intellekt tətbiqləri ilk dəfə ən populyar siyahıya düşüb

2023-2024-cü illərdə ilk 20 ən populyar tətbiq arasında yer almayan süni intellekt tətbiqləri bu dəfə siyahıya daxil olub. Xüsusilə "Character.AI" platformasının yüksəlişi uşaqların süni intellekti gündəlik rəqəmsal həyatlarına daxil etməyə başladığını göstərir. Bu tip botlarla bağlı axtarış sorğuları ötən ilə nisbətən iki dəfədən çox artaraq ümumi axtarışların 7,5%-ni təşkil edib.

Lakin bu tendensiyanın riskləri də var. İstifadəçi tərəfindən yaradılan məzmunların nəzarətsiz qalması, uşaqların uyğun olmayan məzmunlara məruz qalma ehtimalını artırır. Buna görə də, valideynlərə uşaqları ilə süni intellektin istifadəsi mövzusunda açıq şəkildə danışmaları və rəqəmsal valideyn nəzarət vasitələrindən istifadə etmələri tövsiyə olunur.

Video məzmun hələ də ön plandadır

Video izləmək uşaqlar arasında ən geniş yayılmış onlayn fəaliyyətlərdən biri olaraq qalır. "YouTube"un istifadə nisbəti artmaqda davam edir. "WhatsApp" ikinci yerə yüksəlib, "TikTok", "Snapchat" və "Facebook" isə istifadə nisbətlərində azalma müşahidə edib.

Hesabat həmçinin "Netflix", "Twitch" və "Disney+" kimi platformaların video məzmunla seçildiyini, oyun sahəsində isə "Roblox", "Minecraft" və "Poki" brauzer oyun portalının üstünlük təşkil etdiyini qeyd edir.

Valideynlərə tövsiyələr

"Kaspersky" valideynlərə aşağıdakı məqamları tövsiyə edir:

* Uşaqlarla onlayn risklər barədə açıq ünsiyyət qurmaq

* Təhlükəsizlik proqramlarından istifadə etmək

* Uşaqların onlayn fəaliyyətlərini izləmək

* Rəqəmsal valideynlik tətbiqlərindən faydalanmaq

Hesabat "Kaspersky Safe Kids" tətbiqinin istifadəçilərindən anonim şəkildə toplanmış məlumatlara əsaslanır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyun 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri