Icma.az
close
up
RU
Kaspersky: “Zoomer” nəslinin hər dördüncü nümayəndəsi süni intellektlə dostluq edir

Kaspersky: “Zoomer” nəslinin hər dördüncü nümayəndəsi süni intellektlə dostluq edir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Zoomer”lər (erkən yaşdan texnologiya ilə yaxından tanış olan Z nəsli nümayəndələri) digər yaş qrupları ilə müqayisədə süni intellektdən (Sİ) daha aktiv istifadə edirlər: 47 faizi Sİ-dən hər gün və ya demək olar ki, hər gün istifadə edir. Bundan əlavə, 27 faizi artıq Sİ ilə dostlaşıb və 28 faizi başqaları ilə bölüşməyəcəkləri şəxsi məsələləri onunla müzakirə edirlər. Bunlar Kaspersky-nin 18 ölkədən 7200 respondenti əhatə edən yeni araşdırmasının nəticələridir.

“Zoomer” nəslinin nümayəndələri üçün Sİ artıq gündəlik həyatın bir hissəsinə çevrilib. Gənc istifadəçilər ona daha çox məlumat axtarışı (56 faiz), dərs (49 faiz), ideya yaratmaq (47 faiz) və iş (39 faiz) üçün müraciət edirlər.

Eyni zamanda, Sİ tədricən sadəcə texnoloji bir vasitədən yaxın söhbət tərəfdaşına çevrilir. Bu, əlavə risklər yarada bilər: istifadəçilər neyron şəbəkəsini etibarlı həmsöhbət kimi qəbul edə və onunla böyük həcmdə şəxsi məlumat paylaşa bilərlər. Bununla belə, süni intellekt səhv edə, qeyri-dəqiq cavablar verə, istifadəçi tərəfindən daxil edilən məlumatlarda isə həssas informasiya ola bilər.

Texnologiyadan aktiv istifadə etmələrinə baxmayaraq, Z nəslinin yalnız 42 faizi Sİ xidmətləri ilə işləyərkən müntəzəm olaraq qabaqlayıcı tədbirlər görür, məsələn, alınan məlumatları yoxlayır və həssas məlumatları paylaşmaqdan çəkinir. Digər 52 faizi bunu bəzən edir, 6 faizi isə ümumiyyətlə bu cür tədbirlərə əl atmır.

“Gənc istifadəçilərin süni intellekti yalnız bir vasitə kimi deyil, həm də söhbət tərəfdaşı kimi qəbul etməyə başlaması təbiidir: müasir modellər uzunmüddətli və fərdiləşdirilmiş dialoq qurmağa qadirdir. Bununla belə, məhz bu etibar hissi insanları süni intellektlə internetdə dərc etməyəcəkləri məlumatları paylaşmağa vadar edə bilər. Unutmayaq ki, süni intellektlə dialoq nə qədər təbii və şəxsi görünsə də, tamamilə məxfi hesab edilməməlidir. Şifrələr, bank kartı məlumatları, sənədlər, şəxsi yazışmalar və digər həssas məlumatlar süni intellekt xidmətləri ilə paylaşılmamalıdır. Bundan əlavə, neyron şəbəkəsindən əldə edilən istənilən vacib məlumatı etibarlı mənbələrlə təsdiqləmək lazımdır”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Bəs Neyron şəbəkələrindən daha təhlükəsiz necə istifadə etməli?

Kaspersky istifadəçilərə tövsiyə edir: şifrələri, bank kartı məlumatlarını, sənədləri, şəxsi yazışmaları və ya digər məxfi məlumatları süni intellekt xidmətləri ilə paylaşmayın; neyron şəbəkəsindən alınan vacib məlumatları – xüsusən də bu məlumatlar səhiyyə, maliyyə, təhsil və ya hüquqi məsələlərlə bağlıdırsa – onları etibarlı mənbələr üzərindən yoxlayın; Sİ reaksiyalarına tənqidi yanaşın – neyron şəbəkəsinin etibarlı tonu məlumatın doğruluğuna zəmanət vermir; təcavüzkarlar məlumatları oğurlamaq üçün saxta platformalar yarada bildikləri üçün linklərə və üçüncü tərəf Sİ xidmətlərinə qarşı diqqətli olun; vacib hesablar üçün unikal, mürəkkəb şifrələrdən və çoxfaktorlu identifikasiyadan istifadə edin.

Süni İntellekt təhsilin, işin, ünsiyyətin və gündəlik həyatın bir hissəsinə çevrildikcə ondan təhlükəsiz istifadəni öyrənmək rəqəmsal savadlılığın hesabların və şəxsi məlumatların qorunması qədər vacib bir hissəsinə çevrilir.

Araşdırma Kaspersky-nin daxili marketinq tədqiqatı mərkəzi tərəfindən 2026-cı ilin mart ayında 18 ölkədən 7200 respondentin iştirakı ilə aparılıb: Braziliya, Çin, Kolumbiya, Misir, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Malayziya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, İspaniya, Cənubi Afrika, Tayland, Türkiyə və Vyetnam.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri