Icma.az
close
up
RU
KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM... Şəmkir sakini Bakı Beynəlxalq Avtovağzalı nın rəhbərliyindən şikayətçidir

KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM... Şəmkir sakini Bakı Beynəlxalq Avtovağzalı nın rəhbərliyindən şikayətçidir

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmkir rayonu, Zəyəm qəsəbəsinin sakini Vəliyev Yusif Mikayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "Bakı Beynəlxalq Avtovağzalı"nda  sərnişinlərin hüquqları pozulur:

“Mən, Vəliyev Yusif Mikayıl oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, aprel ayının  3-ü, səhər saatlarında "Bakı Beynəlxalq Avtovağzalı"na gəldim. Şəmkir rayonuna getmək üçün Bakı-Ağstafa avtobusuna bilet almaq istədim. Bu məqsədlə 12-ci kassaya yaxınlaşdım. Avtobusun yola düşməsinə təxminən 15–20 dəqiqə qalmışdı. Dedim ki, xanım, zəhmət olmasa mənə Şəmkirə qədər bilet verin. Cavab verdi ki, Şəmkirə yox, Ağstafa rayonuna kimi bilet verə bilərik. Bildirdim ki, qızım, Ağstafa bizdən 60 km aralıdadır, mən Şəmkirdə düşməliyəm. Bildirdi ki, biz bileti belə satırıq. Dedim, onda belə çıxır ki, mən 60 km Ağtafaya, 60 km də geri - 120 km artıq yol getməliyəm? Dedim, siz qanunlara hörmət etmirsiniz? Cavab verdi ki, qanun da belədir, get kimə istəyirsən şikayət elə".

Şikayətçi iddia edir ki, bundan sonra kassir xanım onu təhqir etməyə başlayıb: "Sonra məni təhqir etməyə başladı, qışqırdı, səs saldı. Nəhayət, dedim ki, yaxşı, onda Ağstafaya kimi yaz, ver bileti. Bu zaman isə bildirdi ki, sənə bilet satmıram. Kameralar varsa, açıb baxa bilərlər.

Keçdim 13-cü kassaya. Orada da eyni cavabı aldım. Axırda məcbur qalıb Ağstafa biletini almaq üçün 17 manat 30 qəpik verdim. Bundan sonra keçib avtobusda oturdum. Yolda “AYNA”-nın qaynar xəttinə zəng etdim. Zəngimə opetaror Nigar xanım cavab verdi. Dedi ki, şikayətiniz araşdırılacaq. Amma aprel ayının 3-dən bu günə kimi hələ bir cavab yoxdur. 10-12 dəfə zəng vurmuşam, lakin vətəndaşın şikayətini saymırlar. Hər dəfə eyni sözü deyirlər ki, 15-30 gün ərzində şikayətinizə baxılacaq.

Avtobusda isə sürücünün köməkçisi siyahı ilə gəlib biletsiz olan 17-18 nəfərin hərəsindən 16-17 manat pul yığdı. Onları boş yerlərə oturtdular. Şəmkirə çatanda məni də istədiyim yerdə saxladılar, düşdüm. Bu zaman sürücü bildirdi ki, mənə deyərdin, biz onsuz da harda deyirlər, orada saxlayırıq. Hətta bildirdi ki, bilet almayıb minən sərnişinlərdən 17 manat pul alırıq, əvvəldən desəydin, səndən 15 manat pul alardıq.

Başa düşmədim, qayda-qanun budur? Bu, hal sərnişin hüquqlarının pozulmasıdır".

Qeyd edək ki, "Bakı Beynəlxalq Avtovağzalı"nın rəsmi qaydalarına əsasən, bilet kassası yalnız iki halda sərnişinə bilet satmaqdan imtina edə bilər:

1. Əgər avtobusda boş oturacaq yeri yoxdursa;
2. Əgər sərnişin sərxoş vəziyyətdədirsə. 

Avtobusda sürücünün köməkçisinin sərnişinlərdən nağd pul yığması və biletsiz sərnişinlərin daşınması da qanunvericiliyə ziddir. Bu cür hallar sərnişin daşımalarında şəffaflığın və qanunların pozulmasına səbəb olur.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, vətəndaşların müraciətlərinə 15-30 gün ərzində cavab verilməlidir. Əgər bu müddət ərzində cavab verilməzsə, vətəndaşın məhkəməyə müraciət etmək hüququ vardır. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri