Katolikosun qardaşı və qardaşı oğlunun həbsi üçün ərizə verilib
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Ermənistanın istintaq orqanı Armavir vilayət birinci instansiya məhkəməsinə 68 yaşlı Gevork Nersisyan və oğlu Hambardzum Nersisyan barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi üçün ərizə təqdim edib.
Reyting.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu vəkil Ara Zohrabyan deyib.
“Məhkəmə iclası tezliklə başlayacaq. İstintaq orqanı və prokurorluq bir şəxsin ifadəsi əsasında qərar qəbul edib və cinayət təqibi aparır. Lakin Nersisyanların ifadələri və videoyazı nəzərə alınmayıb”, - Zohrabyan qeyd edib.
Xatırladaq ki, bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyanın və onun oğlu Hambardzum Nersisyanın dünən Vaqarşapatda ağsaqqallar şurası seçkilərində Respublika Partiyasından namizəd olan Harutyun Mkrtçyanın bəyanatı əsasında saxlanılıb.
Bəyanata əsasən Nersisyanın və oğlu seçki kampaniyasına müdaxiləyə cəhd göstəriblər.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Erməni katolikosun qardaşı həbs edildi
03 Noyabr 2025 18:53
Boşanmaq üçün ərizə vermişəm
24 Yanvar 2025 14:44
Paşinyan katolikosun ailəsinə hücum edir
17 Oktyabr 2025 12:44
Bəşər Əsədin arvadı boşanmaq üçün ərizə verdi
19 Dekabr 2024 19:46
Paşinyan katolikosun yerinə onu gətirir FOTO
17 Sentyabr 2025 11:55
Baxış sayı:79
Bu xəbər 03 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















