Paşinyan: katolikosun getməsi üçün bütün vasitələrdən istifadə edəcəyik
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsi ilə bağlı araşdırma komissiyasının yaradılacağını və katolikosun vəzifədən getməsinə şəxsən nail olacağını bildirib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bu barədə danışıb.
Onun sözlərinə görə, komissiyanın işi nəticəsində “kilsənin zəbt edilməsinə son qoymaq” və “idarəçiliyi dindarlara vermək” məqsədilə qanunvericilik təşəbbüsləri hazırlanmalıdır.
Paşinyan iddia edib ki, Erməni Apostol Kilsəsindəki böhran hökumətin iradəsindən asılı olmayaraq mövcuddur. O, hökumətin kilsə ilə bağlı bu yaxınlarda yaydığı mübahisəli hesabatın yalnız media materialları əsasında hazırlandığını söyləyib.
“Dövlət bütün ermənilərin katolikosunun taxtı tərk etməsi üçün bütün təsir vasitələrindən istifadə edəcək”, – baş nazir bildirib.
Paşinyan katolikos haqqında sərt ifadələr də işlədib: "O kimdir ki, bizim ən müqəddəs məkanımızda otursun? O, heç kimdir...”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 01 Oktyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















