Kavelaşvili: Bakı və İrəvan arasında sülh regionun cəlbediciliyini artıracaq
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin başa çatması Cənubi Qafqazın inkişaf trayektoriyasını keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və regionun ümumi cəlbediciliyini artıracaq.
"Report"un verdiyi məlumata görə, bu barədə Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən vurğuladım ki, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır. Həmçinin ümidvar olduğumu bildirdim ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan saziş imzalayacaq, bununla da Cənubi Qafqazın müsbət inkişaf trayektoriyasını keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və regionun ümumi cəlbediciliyini artıracaq", - M.Kavelaşvili yazıb.
O bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını daim dəstəkləməyə davam edir və lazım gələrsə, bundan sonra da töhfə verməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 14 Noyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















