Kavelaşvili Bayramova təşəkkür etdi
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq modeli qarşılıqlı etimad, hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır.
Yenisabah.az xəbər verir ki, bunu ölkə prezidenti Mixeil Kavelaşvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
O, Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəyişməz dəstəyə görə təşəkkürünü ifadə edib: pizza
“Azərbaycanın xarici işlər naziri ilə kifayət qədər məhsuldar görüş keçirdik. Azərbaycanla strateji tərəfdaşıq, birgə vacib layihələrdə iştirak edirik. Eyni zamanda, bir çox məsələlər üzrə ortaq mövqeyimiz var. İqtisadi sahədə bir sıra maraqlı layihələrin reallaşdırılması nəzərdə tutulur. Həmişə vurğulayıram ki, Azərbaycanla münasibətlərimiz nümunəvidir və əminəm ki, bu əlaqələr daha da inkişaf edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 22 İyul 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















