Təşəkkür edirik İsveçrəli nazir Ceyhun Bayramova zəng edib
Icma.az, Sia Az saytına istinadən bildirir.
İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kasis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, nazirlər beynəlxalq və regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Mövcud gərginliyin daha da artmasının yolverilməz olduğu vurğulanaraq, böhranın dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib.
İsveçrə naziri ölkəmizə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib. O, həmçinin İran ərazisindən İsveçrə vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə ölkəmizə təşəkkür edib.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Bu çərçivədə aprel ayında Xarici İşlər Nazirlikləri arasında keçiriləcək siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Mart 2026 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















