Kavelaşvili: Gürcüstan Avropa ölkələri üçün suverenlik nümunəsinə çevrilə bilər
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mən Brüssel bürokratlarına yox, Avropa dəyərlərinə inanıram, Gürcüstan Avropa ölkələri üçün suverenlik nümunəsinə çevrilə bilər.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Fransa radiosuna müsahibəsində deyib.
O hakim “Gürcü Arzusu”nun bütün qərarlarının ölkənin milli maraqları əsasında müəyyən edildiyini deyib.
"Təəssüf ki, xarici dairələrdən asılı olan əvvəlki hökumətlərin dövründə bu heç vaxt baş verməyib. İnsanlar bunu aydın gördülər. Zurabişvili bəyan edib ki, Gürcüstan inkişaf baxımından Ukrayna və Moldovadan geri qalır, lakin insan haqları, demokratiya və iqtisadi göstəricilər üzrə statistik məlumatlar Gürcüstanın onlardan xeyli irəlidə olduğunu göstərir. Mən Brüssel bürokratlarına yox, Avropa dəyərlərinə inanıram. Cəsarətlə deyirəm ki, Gürcüstan Avropa ölkələri üçün suverenlik nümunəsinə çevrilə bilər. Donald Trampın fikirləri Gürcüstan hökumətinin mövqeyi ilə üst-üstə düşür. (Avropada) Gürcüstanda seçkilərin saxtalaşdırıldığını deyirlər. Avropa bürokratiyasının bizim üçün təşkil etdiyi bu təqib həqiqi Avropanı təmsil etmir", – Kavelaşvili bildirib.
Gürcüstan Prezidenti Gürcüstana qarşı sanksiyalaın əks təsir yaratdığını qeyd edib.
"Gürcüstana qarşı sanksiyalar əks effekt verir. Etirazlara gəlincə, yeni nəslin nümayəndələri olan bu gənclər məncə aldanıblar. Çünki seçkilərdə 18-ə yaxın partiya iştirak edib. 5%-lik bariyerə yaxınlaşanların hamısının nəticələri əvvəlki sorğuların məlumatlarına uyğun olub. Seçkilərdə 2,2 milyon seçici iştirak edib", – Kavelaşvili bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Fevral 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















