Kaxabar Tsxadadze: Qarabağ Avropada, biz isə 1ci Liqada oynayırıq
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin növbəti oyunları baş tutub.
Sportal.az xəbər verir ki, "Qəbələ" də öz meydanında "Qarabağ"ı qəbul edib. Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra "Qəbələ"nin baş məşqçisi Kaxabar Tsxadadze klubun rəsmi saytına açıqlama verib. Matçla bağlı fikirlərini bildirən mütəxəssis bunları deyib:
"Qarabağ" Azərbaycanda son 15 ilin ən yaxşı komandasıdır. Öz məşqçisi, heyəti, oyunçuları ilə onlar bunu sübut ediblər. Mən oyunçularıma təşəkkürümü bildirir, onlara çox sağol deyirəm. Çox yaxşı, çəkinmədən oynadılar. Sonadək mübarizə apardılar. Əlbəttə ki, komandalar arasında ciddi fərq var. Rəqibimizin fərdi bacarıqlarına görə bizdən güclü olan futbolçuları çox idi. Təbii ki, qarşımızdakı komanda "Qarabağ"dır, bu da normaldır. Onlar Avropada, biz isə 1-ci Liqada oynayırıq. Bir daha qeyd edirəm ki, futbolçularımın gördüyü iş yüksək səviyyəlidir. Onların əziyyətini qiymətləndirirəm və bir daha çox sağol deyirəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















