Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: “Hədəfimiz Premyer Liqada qalmaqdır”

Kaxaber Tsxadadze: “Hədəfimiz Premyer Liqada qalmaqdır”

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Qəbələ" Misli Premyer Liqasının V turunda doğma meydanda "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Öncə "Qarabağ"ı "Benfika" üzərindəki tarixi qələbə münasibətilə təbrik edirəm. Bu, ölkə futbolu üçün əhəmiyyətli qalibiyyətdir. Öz komandamı da təbrik edirəm. Çox gərgin və əsəbi oyun oldu. Belə olacağını bilirdik. Dəyişikliklər qələbədə vacib rol oynadı. Bu, bizi sevindirir. Ovusu vacib qollar vurdu. Amma həm də məyus oluruq ki, start heyətində meydana buraxdığmız futbolçu etimadı doğrultmadı. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Hətta oyunda daha yaxşı alındı. Ziya Şəkərxanov Premyer Liqada debüt etdi. Qol da vura bilərdi. O son vaxtlar çox inkişaf edib. Hədəfimiz Premyer Liqada qalmaqdır.  Bunun üçün çalışırıq. Bütün rəqiblərə qarşı öz oyunumuzu oynamalıyıq".

- İlk qələbənizi qazansaz da, çox yorğun görünürsüz. Bu, psixoloji yorğunluqdur? 
- Hər iki tərəfdə gərginlik var idi. Çünki oyun iki komanda üçün də vacib idi. Biz yorulmadıq, əksinə rəqibi yorduq. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. Heç bir rəqibdən geri qalmırdıq. Yaxşı oynaya-oynaya qələbə qazanmırdıq deyə futbolçularda gərginlik var idi. Bu da psixoloji məsələdir.

- İstədiyiniz sistemi "Qəbələ"də tətbiq etmək üçün sizə nə qədər vaxt lazımdır? 
- Meydanda bir oyun var. Sadəcə futbolçular gəncdir. Heyətin gücləndirilməsinə ehtiyac var. Bununla bağlı iş gedir, transferlər gözlənilir.

- Ukraynalı qapıçı Artur Rudkonun "Qəbələ" ilə müqavilə imzalamaq üçün Azərbaycana gələn zaman ölkəsinin sərhədində saxlanıldığı ilə bağlı xəbərlər var. Həmin qapıçı ilə anlaşmışdız? 
- Bizə bir neçə qapıçı təklif olunmuşdu. Həmin qolkiper də o siyahıda var idi. Amma razılıq əldə olunmamışdı.

- Növbəti turda "Qarabağ"la oyununuz var. Rəqib Çempionlar Liqasında mübarizə aparır, siz isə bu gün qələbə qazandınız. Komandada motivasiyanın yüksək olduğunu nəzərə alsaq. əvvəlki "Qarabağ" - "Qəbələ" matçlarını görə bilərik? 
- Biz "Qarabağ"a böyük hörmətlə yanaşırıq. Mənim fikirmcə, Qurban Qurbanov Avropada ən yaxşı 5 baş məşqçidən biridir. Bunu "Benfika" ilə oyundan əvvəl demişdim. Həmin matç da haqlı olduğumu göstərdi. Qorxmadan oynayacağıq, qapımızın qarşısında avtobus qurmayacağıq.

“Qarabağ”ın oyununun yeri dəyişdirildi Rəşad Sadıqov: “Hər məşqçini belə qələbələr sevindirir” Ayxan Abbasov: “Daha inamlı oynasaydıq…” “Zirə”dən əzmkar qələbə - YENİLƏNİB Azər Həşimov: “Bəzi məsələlər var ki, mənə aid deyil”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Sentyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri