Icma.az
close
up
RU
Kaxaber Sxadadze: “Yüksək yerlər uğrunda oynamaq çətindir”

Kaxaber Sxadadze: “Yüksək yerlər uğrunda oynamaq çətindir”

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında 2025/26 mövsümünə start verilib.

Apasport.az xəbər verir ki, "Karvan-Yevlax" - "Qəbələ" matçından sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib.

"Mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Ümid edirəm ki, maraqlı mövsüm olacaq. Xeyli sayda qol imkanlarımız oldu. Futbolçularım yaxşı oynadı. Hər birindən razıyam. Biz fürstələri dəyərləndirə bilmədik. Əvəzində rəqib qol vurdu. Futbolda belə hallar olur".

- Sizə elə gəlmir ki, oyunun qırılma nöqtəsi etdiyiniz əvəzetmələr oldu? Meydana daxil olanlar sanki oyuna güc qata bilmədi...
- Sizinlə razıyam. Onlar hamısı bizim komandanın üzvləridir. Yorğun olduğu üçün bəzi futbolçuları əvəzlədim. Düz qeyd edirsiz, meydana buraxdığımız oyunçulardan gözlədiyimiz nəticəni ala bilmədik. Komanda 11 oyunçudan ibarət deyil. Hamıya şans verməliyik. Sanqare bir həftədir bizə qoşulub. Uyğunlaşmaq üçün ona vaxt lazımdır.

- Start heyətində I Liqadakı komandadan 6 futbolçu var idi. Bunun hansı mənfi və ya müsbət cəhətləri var?
- Hamısından razıyam. Komandada gənclərlə yanaşı təcrübəli oyunçular da var. Domi Massumo Azərbaycana gələnə kimi peşəkar səviyyədə oynamırdı. Amma bu gün onun oyununu görürsüz.

- "Qəbələ"nin bu mövsüm hədəfi nə olacaq?
- Bu il bizim hədəfimiz mümkün qədər yuxarı yerlərdə qalmaq və Premyer Liqada möhkəmlənməkdir. Aşağı liqadan gələn komanda üçün yüksək yerlər uğrunda oynamaq çətindir. Addım-addım gedirik. Heç bir komandadan çəkinməyəcəyik, "avtobus" qurmayacağıq.

- Qol fürsətlərinin dəyərləndirilməməsini rəqib qapıçının ustalığı na bağlayırsız, yoxsa sizin oyunçular zərbələri istənilən kimi vura bilmədi?
- Rəqibin qapıçısı çox yaxşı  idi. Bizim oyunçularda da soyuqqanlılıq çatmırdı. Əsas odur ki, qol imkanları yarada bilirik. Buna ancaq sevinirəm.

"Qarabağ"ın yeni hücumçu hədəfi: BU DƏFƏ ALINACAQ? İspaniyalı hücumçu "Qarabağ"a gəlməyəcək - SƏBƏBİ BƏLLİ OLDU "Kəpəz"dən yeni həmlə: Afrikalı futbolçu ilə danışıqlar başladı Cəlal Hüseynov pley-off mərhələsində “Neftçi”nin kapitanı bəlli oldu - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 Avqust 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri