Kaxaber Sxadadze: Yevlax şəhər stadionunda futbol oynamaq olmaz
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yevlax şəhər stadionunda futbol oynamaq olmaz.
Gununsesi.info xəbər veri ki, bunu “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
O, ötən gün Azərbaycan I Liqasında “Karvan”a qalib gəldikləri matç barədə danışarkən, qarşılaşmanın keçirildiyi Yevlax şəhər stadionunun ot örtüyünün bərbad vəziyyətdə olduğunu söyləyib:
“Ot örtüyünün pis vəziyyətdə olması normal futbol oynamağa imkan vermirdi. Meydanda həddən artıq mübarizə var idi. Görüşün taleyini bir səhv həll etməli idi. Oyunda futbol adına heç nə yox idi. Fikrimcə, elə bir meydanda, ümumiyyətlə, futbol oynamaq olmaz. Əlbəttə, artıq lider olduğumuza görə sevinirəm. Bu, çox yaxşı haldır. Amma qarşıda daha çox oyun var. Bizi gərgin mübarizə gözləyir. Bütün rəqiblər bizimlə oyunlara motivasiyalı çıxırlar. Bu səbəbdən hər bir matça ciddi hazırlaşmalıyıq. Çıxdığımız görüşlərdə maksimum nəticə qazanaraq “Qəbələ”ni Premyer Liqaya qaytarmalıyıq”.
Qeyd edək ki, VII turda “Karvan”a 1:0 hesabı ilə qalib gələn “Qəbələ” xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib. 18 xalı olan “Karvan” isə ikinci pilləyə enib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Noyabr 2024 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















