Icma.az
close
up
RU
Kayl Spens: Oyunların nəticəsini əvvəlcədən bilsəydim…”

Kayl Spens: Oyunların nəticəsini əvvəlcədən bilsəydim…”

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Karvan-Yevlax"ın şotlandiyalı futbolçusu, Premyer Liqanın X turunda "Zirə" ilə görüşdə fərqlənən Kayl Spens Apasport.az saytına müsahibə verib.

- “Karvan-Yevlax” “Zirə” ilə oyunda qələbəyə çox yaxın idi. Nə baş verdi, niyə qalib gələ bilmədiniz?
-
 Düzünü desəm, bu, çox üzücüdür. Biz həmin oyunda ən yaxşısını ortaya qoymaq üçün çox çalışdıq, amma sonda 2:3 hesabı ilə uduzduq. Üstəlik, final fitinə az qalmış qol buraxdıq və məğlub olduq. Bunu qəbul etmək çətindir. Sona qədər mübarizə apardıq və görüşdən uğurlu nəticə ilə ayrılacağımıza inanırdıq. Baş verənlər çox sadədir – gərgin keçən matçda kiçik bir diqqət itkisi və ya bir epizod hər şeyi dəyişə bilər. “Zirə” də bu anda öz gücündən istifadə etdi. Biz potensialımızı göstərdik, qollar vurduq, amma bu səviyyəni 90 dəqiqə ərzində qoruyub saxlaya bilmədik. Yeni komandayıq və bu cür məğlubiyyətlər bizim üçün dəyərli dərslərdir. Məğlubiyyəti qəbul edirik, ondan nəticə çıxarırıq və bu təcrübəni gələcəyə daşıyırıq.

- “Karvan-Yevlax” artıq bir neçə oyundur ki, qələbə qazana bilmir. Səncə, bu uğursuz seriyanın əsas səbəbi nədir? 
- Bilirəm, hazırda statistika istədiyimiz kimi deyil. Deyəsən, səkkiz liqa oyununda qələbə qazanmamışıq. Amma biz faktlardan qaçmaq və ya bəhanə gətirmək üçün burada deyilik. Sadəcə, bütün 90 dəqiqə ərzində bir az daha çox konsentrasiya və sabitliyə ehtiyacımız var. Tamamilə yeni komandayıq və hələ də vacib olan “komanda kimyası”nı formalaşdırırıq. İstedadlı oyunçularımız var, amma onları vahid, qalib bir komanda halına gətirmək vaxt tələb edir. Bəzən parlaq anlarımız olur, amma sonra uduzuruq. Bizim vəzifəmiz bu fərqi aradan qaldırmaq və bütün matç boyu yüksək səviyyədə oynamaqdır. Prosesə inanırıq, komanda kimyası yaxşılaşır və düşünürəm ki, zəhmətimiz tezliklə nəticə verəcək.

- Komandanız hazırda 11-ci pillədədir və sonuncu yerə düşmək riski var. Bu sizi narahat edirmi? 
- Turnir cədvəlinə baxıram və bəli, 11-ci yerdəyik. Amma mənim və komanda yoldaşlarımın fikrində yalnız yuxarı pillələr var. Düşmə təhlükəsinə yox, irəliləmə imkanına fokuslanmışıq. On birinci yer sadəcə yüksəlişimizin başlanğıcıdır. Diqqətimizi gündəlik işimizə yönəldirik: çox məşq etməyə, taktiki planları tətbiq etməyə və növbəti oyunda daha yaxşı çıxış etməyə. Əgər bu prosesə sadiq qalsaq, daha çox qol vursaq və sabit oyun göstərsək, uğurlu olacağımıza və liqada yüksələcəyimizə əminik. Motivasiya səviyyəmiz çox yüksəkdir.

- Növbəti turda rəqibiniz “Araz-Naxçıvan” olacaq. Onlar haqda nə düşünürsən? Səncə, bu dəfə qalib gələcəksiniz? 
- “Araz-Naxçıvan” çox güclü komandadır, buna heç bir şübhə yoxdur. Onlar liqada yüksək yerlər uğrunda mübarizə aparırlar və biz onlara tam hörmətlə yanaşırıq. Amma açıq deyim: biz hər oyuna qələbə üçün çıxırıq. Əgər oyunların nəticəsini əvvəlcədən bilsəydim, futbolçu yox, Tanrı olardım (gülür). Amma bildiyim bir şey var – bu komandanın ruhu və əzmkarlığı. Biz qalib gəlmək istəyirik, hər oyuna döyüş ruhu ilə hazırlaşırıq və üç xal uğrunda əlimizdən gələni edəcəyik.

- Misli Premyer Liqası sənin üçün maraqlıdırmı? Norveç, Litva, Almaniya, İspaniya, Malta və Şimali İrlandiyada oynamısan. Hansı liqa daha maraqlı idi? Azərbaycan futboluna bənzəri varmı? 
- Misli Premyer Liqası yüksək səviyyəli oyunçularla doludur və ümumilikdə çox həyəcanvericidir. Müxtəlif ölkələrdə oynamış biri kimi deyə bilərəm ki, bu liqa kifayət qədər güclüdür və daha da inkişaf etmək üçün böyük potensiala malikdir. Futbol hər yerdə futboldur, hamımız bu oyunu sevirik, amma hər liqanın özünəməxsus çətinlikləri var. Məsələn, Norveçdə ekstremal hava şəraiti (-25 dərəcə!) və fiziki mübarizə çox önəmlidir. İspaniyada oyun daha çox texniki ustalıq üzərində qurulub. Almaniyada isə yüksək temp və struktur ön plandadır. Azərbaycan liqası isə texniki keyfiyyəti və klublar arasındakı böyük ambisiya ilə seçilir. Bu, gərgin və rəqabətli peşəkar mühitdir və bu, həm marağı, həm də inkişafı stimullaşdırır. İnanıram ki, Azərbaycan futbolu illər keçdikcə daha da yüksələcək.

- “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah” və “Turan Tovuz” çempionluq uğrunda mübarizə aparır. Bu komandaların hamısına qarşı oynamısan. Hansı komanda səncə daha güclüdür və hansına qarşı oynamaq daha çətindir?
- Doğrudan da, bu, çox güclü komandalar qrupudur və bu cür rəqabət liqanı daha da maraqlı edir. Əgər ən güclünü seçməli olsam, “Qarabağ”ı deyərdim. Onların uzunmüddətli sabitliyi, keyfiyyəti və Avropa təcrübəsi standartları müəyyənləşdirir. Ən çətin rəqib də məhz “Qarabağ”dır, amma “Zirə” və “Turan Tovuz” da çox güclüdür. Onlar inanılmaz dərəcədə yaxşı təşkilatlanıblar, taktiki baxımdan güclüdürlər və vacib anlarda nəticə əldə etməyi bacarırlar. Belə komandalarla qarşılaşmaq həm komanda, həm də fərdi inkişaf üçün ən yaxşı sınaqdır.

ÇL: Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat alıb Elvin Camalov: “Qarabağ”a qalib gəlmək üçün hər şeyi edəcəyik” Türkiyə millisinin üzvü "Qarabağ"la oyunu buraxacaq Bakıda V "Qələbə qaçışı" təşkil edilib İstanbul derbisi bu kanalda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://apasport.az
archiveBu xəbər 02 Noyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri