Icma.az
close
up
RU
Sumqayıt ın amerikalısı: Oyunların nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmur

Sumqayıt ın amerikalısı: Oyunların nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmur

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Sumqayıt"da hər şey ürəyimcədir". Sport24.az xəbər verir ki, bunu Sumqayıt təmsilçisinin amerikalı oyunçusu Endryu Louder Azərbaycan Basketbol Liqasının 17-ci turunda "Ordu" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Qarşılşamada 44 xal toplayaraq mövsümün məhsuldarlıq rekordunu müəyyənləşdirən oyun qurucusu əvvəlcə komanda daxili ab-havadan danışıb:

"Bildiyiniz kimi, "Sumqayıt"ın bu mövsüm sonuncu transferiyəm. Buna baxmayaraq, əla ab-havaya düşmüşəm. Komanda daxilindəki möhtəşəm ab-havaya söz ola bilməz. Hər şey ürəyimcədir. İstər rəhbərlik, məşqçi heyəti, istərsə də oyunçularla çox yaxşı dil tapıram".

O, Sumqayıt şəhərini bəyəndiyini söyləyib:

"Özüm üçün müəyyən qaydalar müəyyənləşdirmişəm. Məsələn, ən sevdiyim kafeyə gedirəm, xoşladığım marketdən alış-veriş edirəm. Buranın insanlarına böyük dəyər verirəm. Şəhər məni öz sakini kimi qəbul edir. Sumqayıtda amerikalılara böyük hörmət var. Hərçənd, başqa münasibət də bəsləyə bilərdilər. Buna görə də Sumqayıtı çox sevirəm".

Endryu Azərbaycan Basketbol Liqası haqqında da fikirlərini bölüşüb:

"Azərbaycan çempionatının səviyyəsi yüksəkdir. Deyə bilərəm ki, rəqabətədavamlı liqadır. Məsələn, yer aldığımız B qrupunda hər komanda istənilən rəqibi məğlub edə bilər. Oyunların nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmur. A qrupundan heç danışmağa dəyməz. Məsələn, "Naxçıvan" "Sabah" kimi komandanı məğlub edir, sonra "Neftçi"yə böyük hesabla uduzur".

Basketbolçu "Sumqayıt"ın hədəflərindən də danışıb:

"Avropa ölkəsinin basketbol çempionatında oynayan hər bir komandanın hədəfi daxili yarışda çempion olmaqdır. "Sumqayıt" da bu arzularla yaşayır. Avrokuboklarda çıxış etmək istəyərdik. Mən komandama inanıram".

Qeyd edək ki, "Sumqayıt" – "Ordu" matçı meydan sahiblərinin 122:116 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sport24.az
archiveBu xəbər 13 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see246

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see237

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see199

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see189

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see161

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri