Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq RƏSMİ
Icma.az bildirir, Fanat portalına istinadən.
Altıqat İngiltərə çempionu Kayl Uoker karyerasını yenidən Premyer Liqada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Mançester Siti"dən ayrılan futbolçu "Börnli" klubuna keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
35 yaşlı ingilis müdafiəçi yeni klubu ilə 2 il müddətinə müqavilə imzalayıb. 2024/2025 mövsümünün sonunda Çempionşipdə 2-ci yeri tutaraq Premyer Liqaya qayıdan "Börnli"ni Skott Parker çalışdırır. Hansı ki, ikili vaxtilə "Tottenhem"də komanda yoldaşı olublar. Maraqlı təsadüfdür ki, "Börnli"nin Premyer Liqaya qayıdışı avqustun 16-da səfərdə "Tottenhem"lə görüşə təsadüf edəcək.
Mirağa

Kayl Uoker bu kluba keçdi Rəsmi
05 İyul 2025 19:36
Kayl Uoker Mançester Siti ilə vidalaşdı
05 İyul 2025 19:31
Kayl Uoker Milan a keçib İdman və Biz
22 Yanvar 2025 20:39
Qalatasaraydan Kayl Uoker Piters üçü 6 milyonluq təklif
27 Yanvar 2025 17:53
Kayl Uoker Mançester Siti yə qayıdır? Milan qərarını verdi
18 Aprel 2025 15:02

