“Kayrat”ın 18 yaşlı qapıçısı təhsil təqaüdü ilə mükafatlandırılıb
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Kayrat” (Almatı) klubunun 18 yaşlı qapıçısı Şerxan Kalmurza Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek tərəfindən rektorun təhsil təqaüfünə layiq görülüb.
QOL.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Nazir bildirib ki, idmançıların beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması mühüm əhəmiyyət daşıyır:
“Bu, onlara təkcə idmanda deyil, karyeraları bitdikdən sonra da yeni imkanlar açır və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmalarına kömək edir. Şerxanın nümunəsi ilhamvericidir. Onun çıxışı Qazaxıstan gəncliyi üçün motivasiyadır. Bu uğura görə onu təbrik edir və gələcək oyunlarında uğurlar arzulayıram”.
Qeyd edək ki, Kalmurza Çempionlar Liqasının qrup mərhələsinin ilk iki oyununda — “Sportinq”ə (1:4) və Madrid “Real”ına (0:5) qarşı meydana çıxıb. Komandası hər iki boyük hesabla uduzsa da, qapıçı özü bu oyunlarda yaxşı oyun göstərib.
İspan nəhəngi ilə görüşdən sonra isə gənc qapıçıya bloger və iş adamı Ulugbey Şaripov avtomobil hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 07 Oktyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















