“Kayrat”ın baş məşqçisi istefa verdi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan “Kayrat”ının baş məşqçisi Rafael Urazbaxtin vəzifəsindən ayrılıb.
QOL.az xəbər verir ki, bu barədə Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis komandanın çempionluq titulunu qorumaq şansını itirməsindən sonra öz istəyi ilə istefa ərizəsi yazıb. Klub rəhbərliyi onun müraciətini qəbul edib.
Baş məşqçi vəzifəsinin müvəqqəti icrası əvvəllər “Kayrat-Jastar” gənclər komandasına rəhbərlik etmiş Jora Arutyunyana həvalə olunub.
Qeyd edək ki, oktyabrın 25-də “Aktobe” ilə heç-heçə edən “Kayrat” Qazaxıstan Premyer Liqasının turnir cədvəlində 64 xalla ikinci pillədə qərarlaşıb. “Ordabası” isə 68 xal toplayaraq mövsümün başa çatmasına 1 tur qalmış çempionluğu təmin edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















