Icma.az
close
up
RU
“Kayrat”ın baş məşqçisi: “Qarabağ’ sübut etdi ki…”

“Kayrat”ın baş məşqçisi: “Qarabağ’ sübut etdi ki…”

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almatının “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasında debüt matçları ilə bağlı gözləntilərini bölüşüb.

QOL.az xəbər verir ki, sentyabrın 18-də Almatı təmsilçisi Lissabonda tarixi oyuna çıxacaqlar. Klub ilk dəfə olaraq Avropanın əsas turnirinin qrup mərhələsində iştirak edəcək. Rəqib son Portuqaliya çempionu “Sportinq”dir.

Urazbaxtin keçirdiyi mətbuat konfransında vurğulayıb ki, komanda motivasiyalıdır və sadəcə statist rolu ilə kifayətlənmək niyyətində deyil: “Sportinq’lə oyuna gəlincə, bizim üçün çox həyəcanlıdır. Biz ilk dəfədir Çempionlar Liqasının qrup mərhələsində iştirak edirik. Bu mərhələdə bütün komandalar yüksək səviyyədədir. Bu, həm özümüzü göstərmək, həm də tanınmış rəqib qarşısında gücümüzü sınamaq imkanıdır. ‘Sportinq’lə oyun bizim nə dərəcədə hazır olduğumuzu göstərəcək. Matçı böyük səbirsizliklə gözləyirik”.

Urazbaxtin Avropada “Kayrat”a skeptik (inamsız) yanaşıldığını da xüsusi vurğulayıb:

“Hər yerdə yazırlar ki, Çempionlar Liqasında biz xal donor komanda olacağıq.. Təbii ki, bu, bizi incidir. Biz bunun əksini sübut etmək və belə səviyyədə oynamağa layiq olduğumuzu göstərmək istəyirik. Onsuz da Çempionlar Liqasına düşmək bizim üçün böyük hadisədir. Təzyiq hiss etmirik, meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirəcəyik. Dünən ‘Qarabağ’ın ‘Benfika’ya qalib gəlməsi sübut etdi ki, adlar oynamır, meydana canlı insanlar çıxır. Biz də ‘Sportinq’lə oyunda bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, “Soortinq” - “Kayrat”matçı bu gün Bakı vaxtl ilə saat 23:00-da başlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see351

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see309

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see305

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see299

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see247

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see243

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see242

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see236

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see223

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see222

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see216

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see212

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see210

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see207

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see206

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see206

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see203

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see199

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see187

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri