Icma.az
close
up
RU
Kayseri şəhərində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert təşkil edilib

Kayseri şəhərində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert təşkil edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 23 dekabr, AZƏRTAC

Türkiyənin Kayseri şəhərində Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Qardaşlığımız əbədidir” adlı konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Şuşa Azərbaycan Evi və Kayseri Universitetinin dəstəyi və ev sahibliyi ilə keçirilən tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunub.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyi möhkəmləndirən mühüm bir tarix olduğunu vurğuladı. Samir Abbasov çıxışında Azərbaycan türklərinin həmrəyliyinin təkcə milli məna daşımadığını, eyni zamanda bütün Türk dünyasının birlik və bərabərliyinə töhfə verən güclü bir amil olduğunu qeyd edib. O, Azərbaycan-Türkiyə tarixi dostluğu və qardaşlıq münasibətini vurğulayaraq, Azərbaycanın zəngim mədəniyyəti və incəsənətinin Türkiyədə tanıdılması istiqamatində görülən işlər barədə danışıb.

Tədbirdə çıxış edən Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü qardaşlıq münasibətlərinin təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlar vasitəsilə daha da möhkəmləndiyini qeyd edərək, universitet olaraq bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməkdən məmnunluq duyduğunu vurğulayıb.

Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Gənbərov isə çıxışında Azərbaycanın tarixi və mədəniyyətinə diqqət çəkərək, milli-mədəni dəyərlərin yaşadılmasının və tanıdılmasının vacibliyini dilə gətirdib.

Proqram çərçivəsində təqdim olunan bədii çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat, opera sənətçisi Fidan Hüseynova xalq mahnılarımızı ifa ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan rüzgarı” muğam poeziya qrupu və “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının səhnə çıxışları maraqla qarşılanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri