Icma.az
close
up
RU
Kayseri şəhərində “Qardaşlığımız əbədidir” adlı konsert proqraml keçirilib

Kayseri şəhərində “Qardaşlığımız əbədidir” adlı konsert proqraml keçirilib

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Kayseri şəhərində Azərbaycan incəsənətinin təbliği məqsədi ilə maraqlı konsert proqramı təqdim olunub. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Şuşa Azərbaycan Evi və Kayseri Universitetinin dəstəyi ilə Kayseri Universitetinin ev sahibliyində keçirilən tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunub. 

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyi möhkəmləndirən mühüm bir tarix olduğunu vurğuladı. Samir Abbasov çıxışında Azərbaycan türklərinin həmrəyliyinin təkcə milli məna daşımadığını, eyni zamanda bütün Türk Dünyasının birlik və bərabərliyinə töhfə verən güclü bir amil olduğunu qeyd edib. O, Azərbaycan-Türkiyə tarixi dostluğu və qardaşlıq münasibətini vurğulayaraq, Azərbaycanın zəngim mədəniyyəti və incəsənətinin Türkiyədə tanıdılması istiqamatində görülən işlər barədə danışıb. 

Tədbirdə çıxış edən Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü qardaşlıq münasibətlərinin təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlar vasitəsilə daha da möhkəmləndiyini qeyd edərək, universitet olaraq bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməkdən məmnunluq duyduğunu vurğuladı. Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Gənbərov isə çıxışında Azərbaycanın tarixi və mədəniyyətinə diqqət çəkərək, milli-mədəni dəyərlərin yaşadılmasının və tanıdılmasının vacibliyini dilə gətirdi.

Proqram çərçivəsində təqdim olunan bədii çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat, opera sənətçisi Fidan Hüseynova xalq mahnılarımızı ifa ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Rüzgarı” Muğam Poeziya Qrupu və “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının səhnə çıxışları Azərbaycan muğamları, milli rəqslərimizin ifası maraqla qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri