Icma.az
close
up
RU
“Qardaşlığımız əbədidir”. Rəsm sərgisi

“Qardaşlığımız əbədidir”. Rəsm sərgisi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

YAP Yasamal rayon təşkilatı, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Qardaşlığımız əbədidir” adlı rəsm sərgisi təşkil olunub. Sərgidə 200 nəfərdən çox müxtəlif yaş qrupuna daxil olan rəssamların bir-birindən zəngin əsərləri təqdim olunub. Sərginin keçirilməsində məqsəd ölkələrarası mədəni əlaqələrin inkişafına dəstək verməkdir.

Azərbaycan Rəssamlar İttifaqında keçirilən tədbirdə YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Qalereyanın əməkdaşları və müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyəti iştirak ediblər. Çıxışlarda sərgi iştirakçılarına gələcək işlərində uğurlar arzulanıb. Sonda iştirakçılara diplomlar təqdim edilib, xatirə fotoları çəkdirilib.

Şimali Kipr Türk Cumhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer XQ-yə sərgi ilə bağlı təəsuratlarını danışdı: - Bugünki sərgini çox bəyəndim. Burada sərgilənən rəsmlər hər iki ölkənin mədəniyyəti, tarixi, təbiəti və bütün təbii gözəllikləri özündə əks etdirir. Bu da ölkələrimiz arasındakı mədəni əlaqələrin və münasibətlərin uğurlu inkişafının əsas göstəricisidir. Xüsusilə, azyaşlı uşaqların sərgidə iştirak etməsi bizi çox xoşbəxt etdi. Onların çəkdikləri bu heyrətamiz əsərlər bir daha onu sübut edir ki, bu uşaqların işıqlı gələcəyi var. Sərgidə iştirak edən hər kəsə təşəkkür edirik. 

Sərgi iştirakçılarını da fikirlərini öyrəndik. Keçəçi rəssam Maya Babayeva: - Mən özüm teatr rəssamıyam. Son 10 ildir ki, keçə sənəti ilə məşğul oluram. Sonra tədricən, panolar üzərində müxtəlif rəsm nümunələri yaratmağa başladım. Evimin divarlarında bu panoları asmışam. Otaq sanki, muzeyi xatırladır. Bu sənət elədir ki, onlara baxanda insanı öz enerjisi ilə əhatə edir. Bir çox sərgilərdə öz əsərlərimlə iştirak etmişəm. Bu sərgiyə də əl işlərimlə qatılmışam. Burada, keçədən hazırladığım nümunələri də görə bilərsiniz. Çox istərdim ki, bu sənət müxtəlif tədris müəssisələrində və peşə məktəblərində tədris olunsun. Bu sənət heç vaxt ölməsin, yaşasın.       

Qeyd edək ki, müxtəlif yaş qruplarını təmsil edən rəssamların əsərlərində Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycanın zəngin təbiəti, milli ruhu, estetik dünyagörüşü və ortaq dəyərləri böyük peşəkarlıq və incə zövqlə əks olunmuşdur. Bu sənət nümunələri xalqların bir-birinə olan dərin mənəvi yaxınlığını, eyni kökdən qaynaqlanan mədəni yaddaşını və ortaq gələcəyə olan sarsılmaz inamını aydın şəkildə nümayiş etdirir. Belə sərgilər mədəniyyətin və incəsənətin xalqları birləşdirən gücünü bir daha təsdiqləməklə yanaşı, ölkələrarası münasibətlərin möhkəmlənməsinə, xüsusilə də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, incəsənət və mədəni əlaqələr vasitəsilə dostluq, həmrəylik və qarşılıqlı hörmət ideyaları daha geniş auditoriyaya çatdırılır, xalqlar arasında mənəvi körpülər qurulur. Sərginin ən əsas özəlliyi isə gənc rəssamlar arasında autizm və daun sindromlu uşaqların yer alması olub. Bu uşaqlar arasında istedadların ortaya çıxarılaraq cəmiyyətə qazandırılması sərginin əhəmiyyətini artıran ən böyük dəyərdir və buna görə təşkilatşıların əməyi yüksək qiymətləndirilməlidir.

Fidan Salmanova
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri