Icma.az
close
up
RU
Kazanda Beynəlxalq Memarlıq və Tikinti Forumu işə başlayıb

Kazanda Beynəlxalq Memarlıq və Tikinti Forumu işə başlayıb

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Kazan şəhərində “Kazanış” Beynəlxalq Memarlıq və Tikinti Forumu işə başlayıb. Fevralın 6-dan 8-dək davam edəcək tədbirdə BRICS ölkələrinin şəhər rəhbərləri və baş memarları ilə yanaşı, ilk dəfə olaraq ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər. Forumda ümumilikdə təxminən 400 spiker çıxış edir ki, onların 25%-i dünyanın 24 ölkəsini təmsil edən xarici ekspertlərdir.

“Biz ötən ilin oktyabr ayında Kazan şəhərində keçirilmiş BRICS sammitinin potensialını inkişaf etdirmək üçün fəaliyyətimizi davam etdiririk. Şadam ki, dünyanın hər yerindən, o cümlədən BRICS ölkələrindən olan tərəfdaşlarımızı təmsil edən 11 mindən iştirakçı dəvətimizi qəbul edib və tədbirdə iştirak üçün qeydiyyatdan keçib. Cəmi dördüncü dəfə təşkil edilən bu gənc forumda bir çox ilklərə imza atılacaq”, - Kazan meri İlsur Metşin qeyd edib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Kazan şəhərində təşkil edilmiş BRICS forumu Tatarıstan paytaxtının ənənəvi olaraq ev sahibliyi etdiyi ən parlaq beynəlxalq hadisələrdən birinə çevrilib. Oktyabr sammitində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də fəal iştirak edib.

Şəhərsalma və memarlıq sahəsində beynəlxalq hadisə olan “Kazanış” forumunun məqsədi şəhər mühitinin dayanıqlı inkişafı, şəhər idarəetmə texnologiyalarının təkmilləşdirilməsi və şəhərlərin su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması kimi aktual məsələlərin birgə həllinə nail olmaq üçün bu sahələr üzrə ən aparıcı qüvvələrini birləşdirməkdir.

Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Tatarıstana göstərdikləri marağa görə qonaqlara və iştirakçılara təşəkkür edib. “Forum Qaliasqar Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrının yeni binasında keçirilir. Teatr binasının açılışı bu yaxınlarda - yanvar ayında baş tutub. Bu unikal layihə Yaponiyadan olan mütəxəssislərin iştirak etdiyi memarlar konsorsiumu tərəfindən yaradılıb. Bu binada keçirilən ilk böyük beynəlxalq tədbirlərdən birinin məhz bu memarlıq forumunun olması rəmzi xarakter daşıyır", - respublika rəhbəri bildirib. O, həmçinin şəhərsalma və memarlıq sahəsində BRICS ölkələrinin nümayəndələri ilə təcrübə mübadiləsinə ehtiyac olduğunu sözlərinə əlavə edib. Sözügedən forum isə bu istiqamətdə əməkdaşlığın inkişafı üçün yaxşı platformadır.

Plenar sessiyanın spikerləri İstanbul merinin tikinti və memarlıq üzrə köməkçisi, şəhərin baş memarı Gürkan Akgün, Braziliya Memarlar İnstitutunun prezidenti Odilo Almeydo, Bişkek şəhərinin meri Aybek Cunuşaliyev və digər beynəlxalq qonaqlar oldu.

İşgüzar proqram forumun tarixində ən zəngin proqram hesab olunur. Bu, həm də iştirakçıların sayının artması sayəsində mümkün olub, belə ki, tədbirə ilk dəfə olaraq İndoneziya, Malayziya və Taylanddan memarlıq və şəhərsalma üzrə mütəxəssislər qoşulublar. Tədbir çərçivəsində BRICS+ ölkələrində memarlıq siyasəti, bioiqlim memarlığı, insanyönümlülük, tarixi mühitin yenilənməsi və gələcəyin şəhərlərinin yaradılması kimi mövzuları əhatə edən səkkiz tematik trek və 115-dən çox sessiya təşkil ediləcək. Forum təşkilatçıları növbəti forumda, eləcə də Kazanda keçiriləcək digər beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyətinin iştirakında maraqlı olduqlarını ifadə ediblər.

Forumun işi haqqında ətraflı məlumatı https://forum-kazanysh.ru/ saytından əldə edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://report.az
archiveBu xəbər 07 Fevral 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri