Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Kazinoların fəaliyyətindən əldə edilən dividentlər...

Kazinoların fəaliyyətindən əldə edilən dividentlər...

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Kazino kurortları bu gün qlobal turizmin ən dəbdəbəli, gəlirli istiqamətidir. Ən əsası əyləncə sənayesinin əhəmiyyətli seqmentidir. Şans oyunları, bacarıq əsaslı oyunlar və canlı əyləncə təklif edən bu müəssisələr illərdir texnoloji yeniliklər, tənzimləyici sistemdə təkmilləşmələr və dəyişən istehlakçı seçimləri ilə idarə olunurlar. Nəticədə Makaodan Las Veqasa qədər kazino kurortları hər il milyardlarla gəlir gətirir və milyonlarla turisti bölgəyə cəlb edir.

Axar.az xəbər verir ki, Amerika Oyun Assosiasiyasının (AGA) məlumatına görə, qlobal kazino sənayesi 2022-ci ildə 261 milyard dollardan çox gəlir əldə edib ki, bu da pandemiyadan sonrakı güclü tələbi və dayanıqlılığı əks etdirir. 2024-cü ildə isə sektorun dövriyyəsi 308.52 milyard dollar olub. 2025-ci ildə bu rəqəmin 328.48 milyard dollardan 2033-cü ilə qədər 542.41 milyard dollara qədər artacağı proqnozlaşdırılır. Bu artımda turizm, əyləncə və qonaqpərvərlik, iqtisadi inkişaf, istehlak xərclərinin böyük rol oynayacağı gözlənilir. Hazırda bütün dünyada hökumətlər vergi gəlirlərinin artması və iş yerlərinin yaradılması da daxil olmaqla tənzimlənən kazino oyunlarından, onun iqtisadi faydalarından yararlanmağa can atırlar.

Azərbaycanda isə qumar biznesi rəsmən qadağan olunduğundan ölkəmiz bu proseslərdən kənarda qalır. Nəticədə oyun klublarının və onlayn kazinoların qanunsuz fəaliyyəti artmaqdadır. Bu da cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasını asanlaşdırmaqla bərabər əhəmiyyətli maliyyə axınlarını rəsmi dövriyyədən çıxarır. Hətta qumar sənayesini şərh edən ekspertlərin proqnozlarına görə, 2028-ci ilə qədər qlobal qumardan əldə olunan gəlir 700 milyard dollara çatacaq. Artım əsasən aşağı və orta gəlirli ölkələrdə smartfonların yayılması hesabına baş verəcək.

İqtisadçı ekspert Xalid Kərimli Teleqraf-a bildirdi ki, Azərbaycanda faktiki olaraq kazinoların fəaliyyəti məhdudlaşdırıldığından bu fəaliyyət növlərinin qeyri-leqal təşkil edilməsi baş verir:

"Qumar oyunlarının gizli təşkil edilməsi bu sahəyə nəzarət etmək imkanlarını məhdudlaşdırır. Kazinoların fəaliyyəti isə xüsusi seçilmiş yerlərdə təşkil edilə bilər. Bu yerlərin seçilməsinə görə standartlar və qaydalar müəyyənləşməlidir. Yəni bu sahə üzrə standartlar və qaydalar qəbul edildikdən sonra sahibkarlıq subyektləri bu fəaliyyətlə məşğul ola bilər”.

Ekspert qeyd etdi ki, bu gün Azərbaycan vətəndaşları kazinolarda əylənmək məqsədilə Gürcüstan, Rusiya və İsveçrəyə üz tutur:

"Bu da ölkədən ciddi şəkildə turist və maliyyə axını deməkdir. Turizm sektorunu inkişaf etdirmək üçün mütləq şəkildə azadlıqları bərpa etməliyik. Burada söhbət əyləncə növü üzrə azadlığın bərpasından gedir. Azərbaycan turist ölkəsi olmaq istəyirsə, qonşu Gürcüstanın təcrübəsindən istifadə etmək lazımdır. Gürcüstan bu sahədə azadlıqlar verib, ölkəyə girişi rahat edib. Nəticədə Gürcüstana gələn turistlərin sayı Azərbaycana gələnlərdən 3 dəfə çoxdur".

Məlumat üçün bildirək ki, 2024-cü ildə Gürcüstan turizmdən 4 milyard 425,4 milyon dollar gəlir əldə edib ki, bu da 2023-cü illə müqayisədə 7,3 % çoxdur. Eyni dövrdə Azərbaycanın bu yöndə gəlirləri 3 milyard manat təşkil edib.

Gürcüstan gəlirlərini ildən-ilə artırır

Bu gün Cənubi Qafqazda turizmdən əldə edilən gəlirlərdə ilk sırada olan Gürcüstanda sektorun inkişafında məhz kazinolar böyük paya malikdir. Batumi bölgəsi kazino turizmi baxımından xüsusilə seçilir. “Kiçik Las Veqas” kimi tanınan şəhərdə hazırda 67 kazino fəaliyyət göstərir. Paytaxt Tbilisidə 6 belə obyekt var. Gürcüstan Qumar Assosiasiyasının açıqladığı məlumata görə, hər il Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Türkiyədən minlərlə insan qumar oynamaq üçün Tiflis və Batumiyə səfər edirlər.

2023-cü ildə qumar biznesindən Gürcüstanın dövlət büdcəsinə 890 milyon lari (təxminən 342 milyon dollar) daxil olub. 890 milyon laridən 63 milyonu icazələr üçün rüsumların, 141 milyon lari qumar biznesindən alınan rüsumların, 686 milyon lari isə vergilərin payına düşüb. Diqqəti çəkən məqam qonşu ölkədə qumar sənayesinin sürətlə inkişafıdır. Hətta pandemiya dövründə belə burada sektor 23% artım nümayiş etdirib. Gürcüstanda qumar sənayesi təkcə ölkə hökumətinin sərəncamında olan etibarlı və qanuni iqtisadi alət deyil, həm də beynəlxalq qonaqların axınına töhfə verən turizm növüdür.

Şimal qonşumuz Rusiyada isə kazinoların auditoriyası 2024-cü ildə 2,1 milyon nəfəri keçib. Federal Vergi Xidmətinin statistikasına görə, 2023-cü ildə qumar biznesindən Rusiya büdcəsinə 1,7 milyard rubl vergi ödənilib. Bu, 2022-ci ilin (1,6 milyard rubl) və 2021-ci ilin (1,1 milyard rubl) nəticələrindən çoxdur. Qumar vergisi üç regional rüsumdan biridir və Rusiya Federasiyasının təsis qurumunun büdcəsi üçün gəlir mənbəyidir. 2023-cü ildə Rusiyanın kazino zonalarını 1,4 milyon insan ziyarət edib.

Göründüyü kimi region ölkələri əyləncə və kazino turizmi hesabına büdcələrinə milyonlar əlavə edərkən, Azərbaycan hələ də bu sahədəki potensialından tam istifadə edə bilmir.

Turizm eksperti Ceyhun Aşurovun sözlərinə görə, oyun biznesi ölkəyə valyutanın daxil olmasında mühüm rol oynayır:

"Yaxın coğrafiyalar olan Gürcüstan və Kiprdə bu biznesin fəaliyyəti nəticəsində ildən-ilə səyahət edən turistlərin sayı artır. Dəqiq statistika olmasa da Azərbaycandan kazino oyunları üçün xaricə səfər edənlərin kifayət qədər olduğu bəllidir. Bu insanlar öz vəsaitlərini başqa ölkələrdə xərcləyirlər. Azərbaycanda kazinoların fəaliyyətinin leqallaşdırılması, həm turizm potensialının artırılmasına, həm də ölkəyə əlavə gəlirlərin cəlb edilməsinə səbəb ola bilər".

Ekspert hesab edir ki, gələcəkdə kazino fəaliyyəti həyata keçirilən zaman bütün faktorlar nəzərə alınmalıdır:

"Söhbət ölkəyə, cəmiyyətə mümkün zərərli təsirlərin qarşısının alınması üçün addımların atılmasından gedir. Azərbaycanda gizli kazinoların fəaliyyət göstərdiyi sirr deyil, hüquq-mühafizə orqanları dəfələrlə bu cür obyektləri aşkar edib. Bundan başqa, fırıldaqçılıqla məşğul olan onlayn-kazinolar var. Kazino biznesi qurulacaqsa, əvvəlcə onun mənfi təsirləri mümkün qədər aradan qaldırılmalı, nəzarətdə olmalıdır ki, insanların sosial-mənəvi həyatlarına təsir etməsin, mənfi təsirlər mümkün qədər az olsun.

Çünki məsələ sadəcə gəlir deyil, dəyərləri də nəzərə almaq lazımdır.

Kazino biznesi qurulmuş ölkələrdə kazinolar hansısa əlahiddə bir yerdə qurulur ki, xaricdən o əraziyə gediş-gəliş rahat olsun.

Eyni zamanda, bəzi ölkələr kazino oyunlarında iştirakı öz ölkə vətəndaşları üçün deyil, daha çox əcnəbilər üçün nəzərdə tuturlar. Amma müəyyən yaş həddindən yuxarı insanlar bu oyunlarda iştirak edə bilir. Sadəcə, dediyim kimi, bu kazinolar əlahiddə bir ərazidə təşkil edilməlidir. Ora gedən turistlər, ordakı infrastruktur günümüzün şərtlərinə cavab verməlidir.

Kazino gəlirli biznesdir. Kifayət qədər valyuta gətirir, vergi ödənilir. Eyni zamanda, dünyanın müxtəlif yerlərində bir seqment var ki, məhz bu oyunlar üçün kazino biznesi olan yerlərə səyahət edirlər.

Düşünürəm ki, ölkəmizdə belə bir şey nəzərdə tutulursa, onun yerləşməsi, infrastrukturu və şərtləri diqqətə alınmalıdır".

Alınan yüksək vergilərin büdcələrdəki payı

Müasir kazino sənayesi ölkələrin iqtisadiyyatına ciddi təsir göstərir. Sektordan alınan vergilər (15-35 faiz arasında dəyişir) və lisenziya haqları dövlət büdcələrinə əsaslı töhfə verir. Bu gün Asiyanın ən böyük bazarı hesab edilən Makao (Çinin xüsusi inzibati rayonu) kazino gəlirləri üzrə dünyanın aparıcı yurisdiksiyalarından biridir. 2023-cü ildəMakaonun ümumi qumar gəliri 22,7 milyard dollar olub. Bunun 8,1 milyard dolları vergilər şəklində büdcəyə daxil olub.

ABŞ Milli Ticarət Assosiasiyasının açıqladığı rəqəmlərə görə, 2023-cü ildə kazinolar 66,5 milyard dollar qazanıb və həmin il sənayenin ən yaxşı ili olub. Slot maşınları 2023-cü ildə 35,51 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 3,8% artım deməkdir. Stolüstü oyunlar 3,5% artımla 10,31 milyard dollar gəlir gətirib. Həmin il kazinolar oyunlardan 2022-ci illə müqayisədə 9,7% çox, təxminən 14,42 milyard dollar vergi ödəyiblər.

Hazırda ABŞ-nin Nevada ştatı 15,5 milyard dollar gəlirlə ölkənin ən yaxşı oyun bazarına sahibdir. Pensilvaniya 5,86 milyard dollarla ikinci, 5,77 milyard dollarla Atlantik Siti üçüncü sıradadır. Amerika Oyun Assosiasiyasının (AGA) məlumatına görə, ABŞ-da ümumi oyun gəlirləri 6,75%-dən 50%-ə qədər federal və əyalət vergilərinə tabedir

Yeri gəlmişkən, assosiasiyanın son hesabatından belə məlum olur ki, bu ilin birinci rübündə kommersiya məqsədli kazinolardan əldə edilən ümumi gəlir illik müqayisədə 5,7 faiz artaraq 18,87 milyard dollara çatıb. Oyun əyalətlərindən təxminən 4,25 milyard dollar vergi ödənişi edilib. Bu da illik müqayisədə 10,6 faiz artım deməkdir.

Kanada Oyun Assosiasiyasının hesabatı da ölkənin bu sənayedən qazandığını göstərir. 2023-cü ildə Kanadanın tənzimlənən qumar sənayesi milli iqtisadiyyata 17 milyard dollardan çox töhfə verib.

Filippinin Əyləncə və Oyun Korporasiyası isə 2023-cü ildə Asiyada Filippinin ümumi oyun gəlirlərinin 5,1 milyard dollara çatdığını açıqlayıb.

Böyük Britaniya Qumar Komissiyasının da hesabatı maraqlı rəqəmləri ortaya qoyur. Belə ki, 2023-cü ildə bu ölkədə operatorlar təkcə lisenziyalar üçün 3,2 milyard funt sterlinq ödəyiblər.

Yaponiya Turizm Agentliyi isə 2030-cu ilə qədər illik 8,5 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdıraraq Osakada ilk kazino kurortunun inkişafını təsdiqləyib.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, dünya turizmə fokuslanıb:

"Demək olar ki, əksər ölkələrdə mütləq əyləncə turizminin inkişaf etdirilməsi çox vacibdir.

Bu baxımdan kazinoların da turizm sektoruna verdiyi töhfə böyükdür. Daha elit turizm hesab edilən sektorun inkişafı üçün kazinolar müstəsna rol oynayır. Ölkəmizdə də kazinoların açılması mümkündür. Sadəcə güclü nəzarət mexanizmi və müəyyən məhdudiyyətlərin qoyulması mütləqdir. Məsələn, yaş kateqroriyası. Eyni zamanda, çirkli pulların yuyulmaması üçün hansısa ciddi bir mexanizm qurulmasına ehtiyac var. Çünki kazinolar dünyada həm də çirkli pulların yuyulması vasitəsidir".

Daşınmaz əmlak bazarı canlanacaq

2024-cü ildə oyun həvəskarlarının qlobal bazar payı 55,3%-ə çatıb. Qlobal yetkin əhalinin təxminən 26%-i hər il qumar oyunlarının hansısa formasında iştirak edirlər. Quru əsaslı kazino oyunları isə 70,1% bazar payına sahib olmaqla qlobal kazino bazarında ən böyük seqment olaraq qalır. Bu da hər il ölkələrə minlərlə turisti cəlb edir ki, nəticədə bölgədə infrastrukturun, xüsusi kurortların inkişafına, lüks otellərin, ticarət mərkəzlərinin, konqres məkanlarının açılmasına, milyonlarla investisiyaların yatırılmasına gətirib çıxarır. Yəni kazino sənayesinin inkişafı büdcəyə təkcə yüksək vergi ödənişləri vəd etmir. Ölkə turizmdən, xarici sərmayədarlardan, iaşə xərclərindən də qazanır. Məsələnin bir başqa tərəfi bu sektorun yerli daşınmaz əmlak bazarının canlanmasına, yəni xaricilərin ərazidən mənzil əldə etməsinə və qiymətlərin bahalaşmasına təsir göstərməsidir. Buna misal olaraq, Las-Veqasa daimi turist axınının mənzil bazarında qiymətlərin daim yüksəlməsini gətirmək olar. Daha bir fakt BƏƏ-nin şimal əmirliyi olan Ras Al Xayma ilə bağlıdır. 2022-ci ilin əvvəlində burada sahil zolağında evlər Dubaydan 2-3 dəfə ucuz - 80-90 min dollara olsa da vəziyyət "Wynn Resorts" beynəlxalq şəbəkəsinin Mərcan adasında kazinonun tikintisini rəsmən təsdiqləməsi ilə dəyişdi. Lüksun mərkəzinə çevrilən Əl Mərcanda daşınmaz əmlak qiymətləri 2-3 dəfə artdı və bütövlükdə əmirlikdə evlər 65% bahalaşdı.

İş yerlərinin sayı artacaq

Turizm sektorunda ən çox iş yerləri kazino komplekslərinin payına düşür. Las-Veqasda yerli sakinlərin 60%-dən çoxu kazinolarda işləyir. 240 milyard dollar dəyərində olan ABŞ kazino sənayesində isə 2 milyon insanı işləyir. Hətta Atlantik Sitidə dörd kazino bağlandığı zaman 8 min insanın işsiz qalmışdı. Rusiyadakı məşhur kazinolardan olan “Krasnaya Polyana”nın işçilərinin sayı 1400 nəfərdən çoxdur. Ən əsası kazinolarda turizmin digər sahələri ilə müqayisədə orta əmək haqqı daha yüksəkdir. Məsələn, Rusiyada kazino əməkdaşları 73,5 min rubldan (manat ekvivalentində 1.5152 manat) çox maaş alırlar.

Uzun illərdir ki, böyük xeyriyyə təşkilatları qumar sənayesindən töhfələr alırlar. Avropa və ABŞ təhsil müəssisələrinin də tikintisi xərcləri kazinolardan əldə edilən gəlirlərin hesabına maliyyələşdirilir. Böyük Britaniya Milli Lotereyası 2020-ci ildə gəlirinin dörddə birini koronavirus xəstələri üçün tibbi ləvazimatlarının alınmasına bağışlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 İyun 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri