Icma.az
close
up
RU
Keçi otaran çobandan maraqlı kəşf İnsanları xoşbəxt etdi FOTOlar

Keçi otaran çobandan maraqlı kəşf İnsanları xoşbəxt etdi FOTOlar

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

800-cü illər idi, bu günə qədər Efiopiya adını verdiyimiz Habeşistanın Kaffa şəhərinin yüksək dağlarında keçilərini otarırmış bir çobanın bir gün diqqətini maraqlı bir şey çəkdi.

Yüksək dağlara qalxarkən yorulan keçilər, bir ağacın qırmızı kiçik meyvələrini yeyəndə canlanır, yerində duramır, hətta yuxusuz qalırdılar.

Çoban öz-özünə "nəyə görə?" deyə soruşdu, sonra "bu meyvədən olmalı" dedi.

O meyvələrdən özü də yedi. Qısa müddətdə gücləndiyini, daha enerji dolu olduğunu hiss etdi. Bəli, o meyvə qəhvə idi.
Qəhvə adı da tapıldığı şəhərin adı "Kaffa"dan irəli gəlir. Adı qısa müddətdə bölgəyə yayıldı. Xüsusilə Ərəb Yarımadasında böyük bir tutkuya çevrildi. Ərəblər buna "Qahva" dedilər, bu xoşbəxtlik hormonuna yaxşı təsir edirdi. İngilislər isə "Coffee" dedilər. Adı Yəməndən Osmanlıya, Osmanlıdan Avropaya, oradan da Amerikaya yayıldı. Osmanlı sarayında xüsusi "Kahvecibaşı" çalışırdı. Adamın tək işi padşaha qəhvə hazırlamaq idi.

Qəhvə Türkiyəyə də daxil oldu:

"Kahvə Yəməndən gəlir, suyu çəməndən gəlir".

Qəhvəni Afrikadan Ərəb Yarımadasına gətirənlər müsəlman dərvişlər idi. Amerikaya və Uzaq Şərqə gətirənlər isə Xristian keşişlər oldu. Dərvişlər qəhvəni sadə bir şəkildə içirdilər, tozunu isti su ilə qaynatdılar. Türk qəhvəsi də elə bu cür hazırlanırdı.
Keşişlər isə qəhvənin fərqli növlərini tapdılar. Məsələn, "Cappuccino" adı, keşişlərin geydikləri "kapşonlu" paltarlardan irəli gəlirdi.

Qovrulmuş qəhvədən hazırlanan qəhvəyə isə "Espresso" dedilər. Bəziləri "Ekspresso" desə də, orijinalı "Espresso"dur.
İspan dilində bu, "presləmək" və "isti" mənasını verir. Süt üzərinə espresso əlavə edildikdə ortaya "Macchiato" çıxır.
"Macchiato" İtalyanca "ləpə" deməkdir. Yəni südün üzərində qəhvə ləpələri. "Espresso" üzərinə isti su əlavə edildikdə isə "Cafe Americano" olur. "Espresso" süd və kakao qarışımına isə "Mocha" deyiblər. Bu ad isə Yəməndəki "El Mocha" limanından irəli gəlir.
Tərcümə: Xəyal Abdullayev
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri