Icma.az
close
up
RU
Keçi südü ana südünün əvəzləyicisi olar bilərmi?

Keçi südü ana südünün əvəzləyicisi olar bilərmi?

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Bir sıra dünyamiqyaslı süni qida istehsalçılarının reklam vasitələrində müxtəlif – inək südü, keçi südü və soya əsaslı körpələr üçün nəzərdə tutulan süni qidalarının təbliğatlarında valideynlərdə etimad doğruracaq mübaliğəli cümlələr eşitmək mümkündür: “Biz körpənizə istehsal etdiyimizin ən yaxşısını veririk!”, “Təbii asanlıqla həzm olan!”, “Ana südünə bir addım daha yaxın!” və s.

Ana südünün tərkibindəki qidalandırıcılar 400-dən artıq olduğu halda, süni qidanın tərkibində 40-ya yaxın qidalandırıcı mövcuddur. Elm və tibb inkişaf etdikcə, süni qida istehsalçıları ana südünə daha çox yaxınlaşmağa çalışırlar. Lakin unutmamalıyıq ki, süni yolla alınan yeni qidalandırıcı ana südünə daha yaxın bir addım ola bilər, amma qarşıda ana südünə bənzərini yaratmaq üçün 100-lərlə addımlar və proseslər keçilməlidir. Ana südü üzərində aparılan irimiqyaslı və bahalı araşdırmalar əslində onun süni alternativini yaratmaq məqsədi güdür. Nəhəng korporasiyaların maddi dəstəyi ilə ana südünün öyrənilməsi və nəticədə əldə olunan hər yeni elmi kəşf dəfələrlə sübut edir ki, ana südü unikaldır, təkrarsız və əvəzolunmazdır.

Valideynlər arasında süni qida istehsalçılarının təbliğatından yaranan çaşdırıcı analyışlardan başqa ənənəvi yalnış anlayışlar da mövcuddur ki, bunlardan biri keçi südünün ana südünə oxşar hesab edilməsidir. Çünki, bu oxşarlıq ana südünə nəzərən deyil, inək südünə nəzərəndir. Yəni inək südünə nisbətən keçi südü ana südünə daha oxşardır. Bu yalnış anlayışlara aydınlıq gətirmək üçün insan, inək və keçi südlərinin müqayisəsinin nəticələrini bilmək gərəkdir:

- İnsan südündə yağlar inək və keçi südündəkindən daha çoxdur.

- İnsan südündə karbohidratlar inək və keçi südündəkindən daha çoxdur.

- İnsan südündə zülallar inək və keçi südündəkindən daha azdır. Məhz bu miqdarda zülal insan övladının unikal zülal ehtiyaclarına tam uyğundur. Beləki, lazımından artıq zülal hələ tam formalaşmamış körpə böyrəklərinə ciddi yükdür.

- İnsan südündə bütün lazım olan növ vitaminlər (D vitaminindən başqa) və minerallar mövcuddur. İnsan südü ilə müqayisədə inək və keçi südündə dəmir və mis daha azdır. Lakin insan südündən kalsium və fosforun miqdarına görə daha zəngin olan inək və keçi südü körpənin hələ tam formalaşmamış böyrəklərinə ifrat miqdar ilə ziyan vura bilər.

Məhz bu səbəbdən körpələrə ana südü və ya süni qidadan əlavə inək və ya keçi südünün verilməsi məsləhət deyil.

Dr. Alan Greene qeyd edir ki, uşaqların sağlamlığına verdiyi faydaya görə sözsüz ki, keçi südü inək südündən qat-qat irəlidədir və 1 yaşdan yuxarı uşaqların bir çox qidalandırıcı ehtiyaclarını ödəməyə qadirdir. Bütün pediatrlar yekdil olaraq valideynlərə keçi südünü uşaqlara 1 yaşından sonra verilməsini tövsiyyə edirlər.

Məlumdur ki, keçi südünün bir çox faydaları vardır ki, bu faydalar onu inək südündən daha üstün edir. Dr. Sears keçi südünün aşağıdakı üstünlüklərini sadalayır:

- Tərkibindəki turş yağların zənginliyi səbəbilə həzm üçün daha asandır.

- Fərqli zülal tərkibinə görə həzm prosesi daha tez və rahat gedir.

- Tərkibində daha az allergenlər aşkar edilmişdir.

- Tərkibində laktoza dözümsüzlülüyünə səbəb olan maddələr daha azdır.

- Baxmayaraq ki, inək və keçi südünün mineral tərkibi ümumən oxşardır, lakin miqdar cəhətdən keçi südü mineral və vitaminlərlə daha zəngindir.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri