Icma.az
close
up
RU
Keçid balları: Regionşünaslıq 100, hüquqşünaslıq 8 bal artdı

Keçid balları: Regionşünaslıq 100, hüquqşünaslıq 8 bal artdı

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İxtisas seçiminin nəticələri ötən gün elan edilib. Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 756 nəfər iştirak edib. Onlardan 57 236  nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29 280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev Modern.az-a ixtisas seçiminin nəticələrini şərh edib.

I qrup üzrə vəziyyətin ümumilikdə yaxşı göründüyünü deyən ekspert bildirib ki, bəzi ixtisaslarda keçid ballarının azaldığı müşahidə olunub:
“Keçən ilə nisbətən daha yaxşı ixtisaslara daha az balla qəbul olan abituriyentlər oldu. Eyni zamanda bəzi ixtisaslarda artım qeydə alındı. Amma ümumi mənzərədə keçid ballarının azalma tendensiyası müşahidə edildi. Xüsusilə yüksək ballı ixtisaslarda artım normal prosesdir”, – deyə o qeyd edib.
II qrup barədə danışan ekspert burada balların əsasən artdığını deyib:
“Xüsusən də dövlət sifarişli ixtisaslarda artım gördük. Bu da gözlənilən idi, çünki plan yerlərinin azalması balların qalxmasına səbəb oldu”.
III qrupda isə ekspertin sözlərinə görə, seçim prosesi həddən artıq gərgin keçib:
“Bəzi ixtisaslarda keçid balı 100-dən çox qalxdı. Xüsusilə RT alt qrupu və regionşünaslıq ixtisaslarında ciddi artım qeydə alındı. Özəl universitetlərdə regionşünaslıq ixtisası 150 baldan 230-250 bala qədər yüksəldi. Bu da həmin qrup üzrə abituriyentlərin sayının çox olması ilə bağlıdır. Hüquqşünaslıq ixtisasında isə keçid balı keçən ilə nisbətən ciddi dəyişmədi - ötən il 613 bal idisə, bu il 621 oldu”.
IV qrup üzrə də bal artımı diqqəti çəkib. Ekspert bildirib ki, xüsusilə tibb ixtisasında bu artım daha çox nəzərə çarpıb:
“Ötən il tibb ixtisası üçün keçid balı 605 idi. Bu il isə 624-ə yüksəldi. Əvvəlcədən də 20 bala qədər artım proqnozlaşdırırdıq”.
V qrup barədə isə E.Nurəliyev qeyd edib ki, burada da vəziyyət gərgin olub:
“Üçüncü və beşinci qruplarda boş yerlərin az olacağı proqnozlaşdırıldığı üçün kəsilənlərin sayı çox olacaq. Bu səbəbdən də həmin qrup üzrə nəticə gözləyənlər çox da ümidli olmasınlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Avqust 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri