Icma.az
close
up
RU
Ankara şəhərində beynəlxalq səviyyədə “Regionşünaslıq

Ankara şəhərində beynəlxalq səviyyədə “Regionşünaslıq

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, sözü gedən Regionşünaslıq Seminarı iki əsas hissədən ibarət olacaq.
Birinci hissədə öz sahələrində mütəxəssis olan akademiklər və mütəxəssislər müxtəlif regionlar üzrə geniş seminarlar təqdim edəcəklər.
İkinci hissədə isə akademik yazı təlimi veriləcək. Akademik məqalə, hesabat və təhlil yazısı üzrə nəzəri və praktiki təlimlər keçiriləcək. Seminarda iştirakçılar regional dinamika və strategiyalar üzrə dərin biliklər əldə edəcək, sosial-siyasi və iqtisadi kontekstdə regional dinamikanı qiymətləndirəcək, regional böhranlara və imkanlara strateji yanaşmalar işləyib hazırlayacaq, hadisələri və faktları müxtəlif rakurslardan təhlil edəcəklər.

Bundan əlavə, akademik işin başdan sona aparılması təcrübəsi çərçivəsində məqalə yazma təlimi keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı Naxçıvan Müəllimlər İnstitutunun dos. Dr. Ruhəngiz Əliyeva təmsil edəcək.
O ,“Türkiyə-Azərbaycan münasibətləri və regional dinamika” mövzusunda çıxış edəcək. Seminarda öz sahələrində mütəxəssis olan akademiklər, o cümlədən Özbəkistandan olan böyük heyyət də yer alacaq.


Seminarın məzmunu:
1) 21-ci əsrdə türk dünyasının geosiyasəti
2) Mərkəzi Asiya ölkələrinin sərhəd problemləri; Fərqanə vadisi
3) 21-ci əsrdə Rusiyanın xarici siyasəti: güc balansı və regional təsirlər
4) Mərkəzi Asiyada Ekoloji Problemlərin Siyasi Ölçüləri
6) Türkiyə-Avropa İttifaqı münasibətlərində dönüş nöqtələri: Tarixi proses və gələcək perspektivlər
6) Türkiyə-Azərbaycan Münasibətləri
7) Suriya İnqilabı və Yaxın Şərqdə Dəyişiklik Küləkləri
8) Afro-Avrasiya: Qitələrarası Əlaqələr, Əməkdaşlıq və Strateji Perspektivlər
9) Kipr Məsələsi və Regional Dinamikası
10) Banqladeşdə İyul İnqilabı: Populyar Etirazların və Hindistanla Gərginliyin Regional Təsiri
11) Çin Xarici Siyasəti: Çinin yüksəlişi və Qlobal Güc Uğrunda Mübarizə
12) Türkiyə-Ermənistan Münasibətləri
13) ABŞ-İsrail Əlaqələri və Türkiyə
14) Türkiyə-Rusiya Münasibətləri
15) Şimali Makedoniyada Türk Mövcudluğu: Tarixi Köklər və Mövcud Dinamika
16) Türk Dövlətləri Təşkilatı: Strateji Önəm və 2040 Baxışı
17) Tədqiqat Metodları
18) Məqalələrin Yazma Texnikaları
Seminar zamanı əldə ediləcək bacarıqlar aşağıdakılardır :
1) Regional dinamika və strategiyalar haqqında dərin biliklər əldə etmək,
2) Regional dinamikanın sosial-siyasi və iqtisadi kontekstdə qiymətləndirilməsi,
3) Regional böhranlara və imkanlara strateji yanaşmaların işlənib hazırlanması,
4) Hadisələri və faktları müxtəlif aspektlərdən təhlil etmək bacarığı,
5) Beynəlxalq mətbuatı izləmək və xəbər təhlili hazırlamaq bacarığı,
6) Hesabat vermək bacarığı,
7) Strateji təhlil yazmaq bacarığı,
8) Akademik məqalə yazmaq bacarığı,
9) Başdan sona akademik tədqiqat aparmaq təcrübəsi
10) Effektiv təqdimat və akademik müzakirə bacarıqlarını inkişaf etdirmək,
11) Rəy almaqla məqalələrinizi təkmilləşdirmək imkanı.
İştirak və Sertifikat:
Seminarın müddəti 10 həftə nəzərdə tutulub. Müraciət üçün isə son tarix 31 yanvar 2025-ci ildir. Seminar növü onlayn olacaq.
Tədbirin başlama tarixi 10 fevral 2025-ci il - bitmə tarixi 18 aprel 2025-ci ildir.
Seminar zamanı ümumi seminarların ən azı 70%-də iştirak məcburidir.
Seminarın sonunda iştirakçılardan öz maraq dairələri üzrə məqalə yazmaq və təqdimatla çıxış etmək tələb olunur.
Proqramın sonunda seminarı uğurla başa vuran iştirakçılara iştirak sertifikatı veriləcək.
Proqramı müvəffəqiyyətlə bitirənlər Mütəxəssis Hazırlıq Proqramında iştirak etmək hüququ qazanacaqlar.
İştirak haqqı: 1750 TL

İştirak etmək üçün aşağıdakı ərizə formasını doldurmalısınız:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdUIT6ddbS6bPtA7qnTFIq_TA48Qy0E4KbKnaUq4GAsicZGYA/viewform
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Yanvar 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri